Sabun gün ərzində ən çox istifadə etdiyimiz təmizlik vasitəsidir.
Gigiyena
qaydalarına əsasən, əlləri gündə ən az 10 dəfə yumaq lazımdır. Belə ki,
həkimlər hər yeməkdən öncə və sonra, çöldən evə daxil olduqdan dərhal
sonra, tualetdən öncə və sonra əlləri yumağı məsləhət görürlər. Adətən,
əllərimizi qəlib sabunla yuyuruq. Yeni aparılan araşdırmalar isə
göstərib ki, qəlib sabunlar əsl bakteriya yuvasıdır.
Belə
ki, ABŞ-da müxtəlif markaların fərqli xüsusiyyətlərə malik qəlib
sabunları laboratoriyada analiz edilib. Məlum olub ki, qəlib sabun
üzərində təxmin etdiyimizdən daha çox bakteriya olur. Buna səbəb
istifadədən sonra bu sabunların yaş qalması və beləlilkə, bakteriyaların
çoxalması üçün əlverişli şəraitin yaranmasıdır.
Vaxt
keçdikdə bu bakteriyalar sabunun dərin qatlarına nüfuz edir. Beləliklə,
biz əllərimizi təmizləmək əvəzinə, daha da çirkləndiririk.
Mütəxəssislər maye sabundan istifadəni məqsədəuyğun hesab edirlər.