Kompüter üzde qırışlar yaradır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 916
Səs ver:
(səs: 1)
Üzün vaxtından qabaq qocalmasının səbəblərindən biri də kompüter arxasında işləməkdir. Bu barədə britaniyalı kosmetoloq həkim Maykl Preyger deyib.

Onun sözlərinə görə, pasiyentləri arasında kompüterin monitoru qarşısında oturan qadınların üzündə vaxtsız qocalma əlamətlərini daha çox müşahidə edib.

"Kompüter siması" termini ilə ifadə edilən üzün simptomları belədir: sərt qırışlar, gözlərin altında şişkinlik, nisbətən cavan qadınlarda boyun dərisinin sallanması.

Həkimlər "kompüter simasının" səbəbini kompüterin arxasında oturuş tərzində (başın aşağı sallanması) və gərgin işin doğurduğu qeyri-iradi mimiki hərəkətlərdə görürlər.

Mütəxəssislər qadınlara kompüterin yanına qoyulan güzgünün köməyi ilə öz mimiki hərəkətlərinə nəzarət etməyi və hər saat üz əzələlərinin gimnastikasını keçirməyi tövsiyə edir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri