Həyatında dəyişiklik etmək istəyənlər üçün 10 məsləhət

Müəllif: adsiz-a
Şərhlər:
Baxılıb: 905
Paylaş:
Səs ver:
(səs: 2)
1. Səni sevindirən və müsbət emosiyalar bəxş edən işlərlə məşğul ol. Əmin olduğun düşüncələri neqativdən pozitiv yöndəmə gətir və o zaman həyatında daha çox xoşbəxtlik və xoş hadisələr olacaq.
2. Zərərli vərdişlərdən imtina et. Yalnızca sağlam və xeyirli qidalan. Siqaret və alkoqolu tamami ilə ixtisar elə. Özün haqqında sağlam və irəliləyən insan kimi düşün və bu tezliklə belə də olacaq.
3. Xarici dil öyrən . İnternet istifadəçiləri arasında 70 milliondan artıq rusdilli, 1 milliarddan çox ingilis dili ilə yararlananlar var. Öz dilinin internet istifadəçilərini araşdır. Həmçinin,əksər sivil ölkələrdə ingilis dili,deməkolar ki,hər kəsin bilməsi gərəkən rəsmi bir dilə çevrilmişdir. Xarici dil kurslarına yazıl və onu müstəqil şəkildə mənimsənəyə başla.
4. Şəxsi inkişafı artıran kitab və jurnallar oxu. Gündəlik oxumaqla,intellektini inkişafı ilə yanaşı söz ehtiyatını da artırmış olarsan.
5. Həftəsonunu faydalı keçirt. Şəhərdən uzaq təbii məkanlara üz tut.
6. Qarşına böyük məqsəd qoy və mütləq şəkildə onu bir yerə yaz.Böyük məqsəd bir neçə kiçik məqsədlərə bölünə bilər,hansılar ki,növbəti seqmentlərə toxunur : sağlamlıq,şəxsi həyat,maddi nailiyyətlər və hobbi . Bütün yazdıqlarını gündəlik olaraq oxu. Bu yolla sən diqqət vektorunu son nəticəyə yönəldəcəksən ki,bu da məqsədə doğru cəld hərəkəti təmin edəcək.
7. Bütün şüphə və şanssızlığı unut. Bunu bil ki,hər bir tənəzzüldə "uğur dəni” vardır. Sən hər bir uğursuzluğu iradəni möhkəmlədən bir dərs kimi qəbul etsən,həyatın dayanmadan yalnız və yalnız müsbət istiqamətdə irəliləyəcək.
8. Bacardıqca erkən oyan. Oyanan kimi mütləq şəkildə bir stəkan təmiz su iç. İllər sübut edib ki,səhər saatlarında insan daha çoxuna nail olur. Yüngül səhər idmanı və ya gimnastikanı da unutma. Təmiz hava yürüşləri də çox faydalıdır. Öz üzərində işlə,bədəninə qulluq et,hər gün daha da gözəlləşdir.
9. Ətrafına həyatda öz sözünü demiş və müdrik insanları yığmağa çalış. Onların məsləhətlərini dinlə,bacardığın qədər ümumi vaxt keçirt. Onların yiyələndiyi faydalı vərdişlərdən nümunə götür,düşüncə tərzini inkişaf etdir. Bu üsul ilə sənin uğura doğru yolun qısalacaq.
10. Heç zaman heç nədən qorxma. Heç bir maneə ,əslinə qalsa mövcud deyil! Maneələr sadəcə və sadəcə bizim beynimizdədir. Beyninə "məndə heç nə alınmayacaq” kimi axmaq fikirlər gəldikdə,əllərini sallayaraq təslim olmaq əvəzinə hər şeyi unutmağa cəhd göstər! Unut və məqsədinə doğru addımla.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 905
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook