Yatmazdan əvvəl bunlara diqqət edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 967
Səs ver:
(səs: 1)
Uzun müddət yuxusuzluqdan əziyyət çəkirsinizsə, problemin həllini bitkilərdə axtarın. 
Bir ay ya da daha uzun müddət davam edən, yuxuya dalma və yuxunu davam etdirmə mövzusundakı problemlərdə mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Çünki yuxusuzluq bir simptomdur və bir çox xəstəliyin xəbərçisi ola bilər. Bu xəstəliyin tez üzə çıxması və müalicəsi üçün yaxşı üsuldur. Ancaq həkimə gedənə qədər yuxusuzluğu aradan qaldıran bitkilərin köməyindən yararlanmaq mütləqdir. 

İlıq bananlı-ballı süd için 
Adaçayı faydalı bir ədviyyatdır. Bal və sirkə əlavə edilib içilsə, huzursuzluq səbəbi ilə yuxuya gedə bilməyənlərə və aşırı yorğun olanlara yaxşı təsir edir. Adaçayı gecə tərləməsi ilə yuxusu bölünənlər üçün də yararlıdır. Adaçayı içilmir lakin qarqara edildiyində xroniki yuxusuzluqdan və baş ağrısından əziyyət çəkənlərə yaxşı təsir edir.
Çobanyastığı və ihlamur da yuxuya getməyi asanlaşdırır. 
Yatmazdan 10-15 dəqiqə əvvəl ilıq bananlı-ballı süd içmək və günəbaxan yağı ilə qarqara etmək yuxuya getməyə kömək edir. 
Borani, portağal, mandalin və armud kimi meyvələr cəfəri, nanə kimi göyərtilə də yuxuya tez getməyi təmin edir. 
Yuxu haqqlnda doğru bilinən səhvlər 
Səhv: Yataqda nə qədər çox qalsam, o qədər çox yataram.
Düzgün: Yataqda yuxuya getməyi gözləmək yerinə, yuxu gələnə qədər başqa bir şeylə maraqlanmaq, kitab, jurnal oxumaq daha düzgündür. 
Səhv: Çox işləyənlər daha yaxşı yatır. 
Düzgün: Aşırı yorğunluq böyrək üstü bezlərinin stress hormonu ilə təsirlənməsinə səbəb olur. Yuxu problemi yaşayan bir çox insanın əsas səbəbi yorğunluqdur. 
Səhv: Gecə yatmazdan əvvəl bol karbohidrat istehsal edilsə, yuxuya getmək asanlaşır.
Düzgün: Yuxu vaxtından bir neçə saat əvvəl yeyilən yeməklər, bədən istiliyini artıraraq yuxusuzluğa səbəb olur. 

Həftə sonu daha çox yuxu 
Səhv: Bir insan hər gün 7-8 saat yatmalıdır. 
Düzgün: Bəzi insanlar həftə ərzində çoxlu iş görür, tv-yə və internetə çoxlu vaxt sərf edir və az yatır. Həftə sonu isə bütün günü yatmaqla bunun əvəzini çıxır.  

Qaranlıq otaq 
Yuxuya rahat getmək üçün ən vacib faktorlardan biri qaranlıq məkandır. Bunun üçün otaq tamamilə qaranlıq olmaldır. 

Yatmazdan əvvəl bunlara diqqət edin 
Gecə yuxusu üçün ən ideal saatlar 22.00 ilə səhər saat 06.00-dır. Bədən özünü saat 23.00 ilə 01.00 arası yeniləyir. Bu saatlarda yuxuya getmək bədən üçün çox əlverişlidir. 
Yatmazdan əvvəl həzmi çətin olan yeməklər yeyin. Saat 20.00-dən sonra yemək yeməmək, 21.00-dən sonra çoxlu su içmək yuxunu asanlaşdırır. 
Gecələr qəhvə və spritli içkilər içməyin. Yatmazdan əvvəl 10-15 dəqiqə yaşıl çay için. 
Hər gün eyni saatda yuxudan qalxıb və yatmaq saatını müəyyənləşdirin. 
Yatmazdan əvvəl isti duş alın. 
Yatarkən stress yaradan və sıxıcı şeylər haqqında düşünməyin. 
Ayaqlarınızı isti saxlayın və rahat yastıq seçin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 967
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri