Nəfsiniz bu 3 qidanı çəkirsə... – Xəstəliklərin əlamətləri

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 174
Səs ver:
(səs: 2)
Alimlər orqanizmin qida tələblərinə fikir verərək bir sıra xəstəlikləri öncədən müəyyənləşdirməyin mümkün olduğunu bildirir.
 
Amerikada bestsellerə çevrilən "The plant ­ powered life” adlı kitabın müəllifi Şaron Palmer da nəfsimizin çəkdiyi qidalara görə, xəstəlik risklərini müəyyənləşdirə biləcəyimizi deyir.
 
1.Su
Mütəmadi olaraq susamaq, sudan doya bilməmək şəkər xəstəliyinin əlaməti ola bilər. Susuzluqdan əziyyət çəkirsinizsə, dərhal həkimə müraciət edin. Ola bilsin ki, sizdə şəkər xəstəliyi var. Unutmayın ki, erkən diaqnoz bütün xəstəliklərin müalicəsində əhəmiyyət daşıyır.
 
2.Duz
Həddən artıq duzlu qidalara meyl etmək Addison xəstəliyinin əlaməti ola bilər. Bu xəstəlik böyrəküstü vəzlərinin kifayət qədər hormon istehsal edə bilməməsi nəticəsində yaranır. Addison xəstəliyi müalicə edilməzsə, təzyiq ani şəkildə düşə bilər. Bu isə ölüm təhlükəsi deməkdir.
 
3. Buz
Buz, kağız, gil və torpaq kimi qida dəyəri olmayan maddələrə qarşı olan istək dəmir çatışmazlığından yaranır. Araşdırmalar göstərib ki, buz çeynəmək beyinə gedən qan miqdarını artıraraq dəmir çatışmazlığından yaranan halsızlıq halının qarşısını alır. Bu səbəbdən, dəmir çatışmazlığı olan insanların nəfsi buz çəkir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri