Balığın təzə olduğunu bilmək üçün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 428
Səs ver:
(səs: 3)
Deyirlər hansı ayın adında "R” hərfi varsa, deməli balığın sezonudur, arın-arxayın yemək olar. Ancaq bu o demək deyil ki, həmin o "R”  səni müxtəlif təhlükələrdən sığortalayır. İlin istənilən fəslində, hətta qışın oğlan çağında belə aldığın, yediyin balığın köhnə və ya təzəliyinə fikir verməlisən. Nəzərə alsaq ki, digər sahələrdə olduğu kimi, bu sahədə də işbazlar var ki, insan həyatı ilə oynayarlar, bu zaman çox diqqətli olmalıyıq. Odur ki, gəlin bir yerdə öyrənək- balığın təzə olduğunu necə bilmək olur?  
Ayrı-ayrı fərdləri çıxmaq şərti ilə, ümumilikdə bizdə digər ölkələrlə müqayisədə balığa olan maraq o qədər də böyük deyil. Məsələn, Türkiyədə balığ ətrafında maraqlı bir mədəniyyət formalaşıb. Hətta o səviyyədə ki, insanlar hansısa bir gününü məxsusi olaraq balıq və balıq məhsulları yeməyə ayırırlar. Hətta belə bir deyim də var - "İstanbula gəlib əkmək arası balıq yemədinsə, demək ki, bu şəhərə gəlməmisən...” Bu ölkədə balıqla bağlı xeyli sayda zərbi-məsəllər var. Bizdə isə hələ də,  3 arzu yerinə yetirən qızıl balığa ümid edirlər... Xülasə... gəlin soruşaq görək, təzə tutulmuş və ya alınmış balığı neçə gün saxlamaq olar?
Elə bu an, kənarda durub bizə qulaq asan  digər balıqçı, söhbətimizə müdaxilə edərək, həmkarı ilə razılaşmır. Deyir, balığı illərlə də saxlamq olar.
Sujetimizin əvvəlində, bu sahədə də  işbazların mövcud olduğuna toxunmuşduq. Balığa edilən kənar müdaxilə, birbaşa insan həyatına təsir edən amillərdəndir. Ancaq buna baxmayaraq, pul xatirinə bu dəyərləri heçə sayan bəzi adamlar ən kəskin addımlardan belə çəkinmirlər.
Nəticədə, balığın başına gətirilən oyundan bixəbər olan insanlarda yeməkdən bir neçə saat sonra müxtəlif formada dəyişikliklər, halsızlıqlar və ürəkbulanma halları baş verir.
Odur ki, balıq və balıq məhsullarının qəbulundan bir müddət sonra hətta xırda dəyişikliklər belə hiss etsəniz,  dərhal həkimə müraciət etməlisiniz. Əks halda, qanın tərkibinə müdaxilə edən zəhərli maddələr insan həyatı üçün ciddi təhlükəyə çevrilə bilər. 
İstəməzdik ki, toxunduğumuz bu mövzu sizi balıqdan bir qədər də uzaqlaşdırsın, Balıq insan orqanizmi üçün çox vacib qida növlərindən biri hesab olunur. Kalorisi az, bu baxımdan da yüngül hesab olunan bu qida məhsulunun gözün görmə qabiliyyətindən tutmuş digər sahələrə də müsbət təsiri danılmazdır. Odur ki, balığı mütləq qida rasionunuzdan əskik etməyin. Sadəcə, onu alarkən köhnə olub-olmadığına ciddi şəkildə fikir verin.
Yeri gəlmişkən, nə vaxtsa məşhur nağıldaki o qızıl balığı tutsanız, 3 arzunun ikisini özünüzə, birini  balıq işbazlarının insafına xərcləyin. Əks halda göydən 3 alma gözləməyin...
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri