Saqqız çeynəmək qocalığın qarşısını alır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 938
Səs ver:
(səs: 3)
Saqqız çeynə...Çox yaşa!
Sən demə, qocalığın qarşısını almaq üçün saqqız çeynəmək kifayət imiş. Amma adisini yox, platin saqqız. Bu saqqız yapon alimləri icad ediblər.
Cavanlığı necə uzatmaq və daha çox yaşamaq olar? Yaşın öhdəsindən tam gəlmək mümkün olmasa da, qocalmanı az-çox ləngitmək olar. Yapon alimləri sözügedən problemin həlli üçün bu yaxınlarda elmlə xalq təbabətinin çulğaşmasından ibarət maraqlı bir üsul təklif ediblər. Onların yaratdığı platin saqqız toxumalarının qocalmasını sürətləndirən fəal oksigeni neytrallaşdırmaq qabilliyyətinə malikdir. Saqqızın tərkibindəki platin zərrələri bu fəal oksigeni yaxalayaraq orqanizmdən xaric edir. Hər çeynən saqqızda qramın milyonda biri qədər lap kişicik zərrələr halına salınmış bu qiymətli metaldan var. Yaponlar tezliklə aptekdən cavanlaşdırıcı saqqız ala biləcəklər. Onun sözlərinə görə, o, hökmən beynin işini yaxşılaşdırmalı və diqqətin cəmləşməsini yüksəltməlidir. Platin orqanizmə məhz bu cür təsir göstərir.

Adi saqqız çeynəməyin xeyiri
Araşdırmaya görə, saqqız çeynəyərkən onun miqdarına da fikir vermək lazımdır. Həkimlər hər qida qəbulundan sonra bir saqqız çeynəməyi məsləhət görürlər. Belə ki, saqqızı çox çeynədikcə orqanizm daha çox zərərli maddələr qəbul edir.

Adi saqqız çeynəməyin zərəri
Saqqızın zərərini nəzərə alaraq, uşaqları saqqız çeynəməyə vərdişkar etmək olmaz: "Uşaqlar çox tez-tez saqqızı udur və bununla da sağlamlığını təhlükə altına atırlar. Yaxşı olar ki, saqqız əvəzinə uşaqlara şəkərsiz olan adi və ya saqqız kimi çeynənilən konfet verəsiniz. Nəzərə alın ki, 3 yaşa qədər uşaqlara saqqız vermək, ümumiyyətlə qadağandır".
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri