Səhər durmaqda çətinlik çəkənlərə faydalı tövsiyələr

Şərhlər: 8
Baxılıb: 2484
Səs ver:
(səs: 2)
Soyuqda oyanmaq onsuz da səhərlər çətin oyananlar üçün əməlli-başlı əzaba çevrilir. Bunun üçün də sizə səhər durmaqda kömək olacaq bəzi tövsiyələr hazırlamışıq. Ayıq-sayıq olun!
– Nahar fasiləsində gəzintiyə çıxın. Ümumiyyətlə təmiz havada mümkün qədər çox gəzin. Bununla siz sağlam yuxu və asan oyanmağınız üçün zəmin yaratmış olursunuz.
– Qaçışı və ya fitnesi axşama keçirin. Səhər qaçışlarını bahara qədər dayandırın. Qışda bununla axşamlar məşğul olmağa çalışın.
– Saat 20:00-dan sonra televizora baxmamağa çalışın. Elektron ekranlardan çıxan mavi işığın təsiri melatonin hormonunun yaranmasının qaşısını alır. Bu isə yaxşı yuxu üçün çox vacib olan hormondur.
– Yatmamışdan əvvəl şam və ya aromalampa yandırın. Düzgün seçilmiş yağlar sizdə yaxşı yuxu yarada vilər. Lakin yatmamışdan əvvəl şamı söndürməyi unutmayın.
– Yatmamışdan qabaq özünüzə səhər yeməyində nəsə dadlı bir şey yeyəcəyinizlə bağlı söz verin. Gecələr isə yeməyin. Səhər siz yüngül aclıq hissiylə oyanacaqsınız. Nəsə dadlı bir şey yemək düşüncəsi də tez yerinizdən qalxmağınıza səbəb olacaq.
– Yatmaq istəyirsinizsə yatmağa çalışın. Hətta çox tez olduğunu düşünsəniz də, bunu edin. Bir-iki saat əlavə yuxu sizi səhər daha gümrah hiss etdirə bilər.
– Pəncərəni açıq qoyaraq yatmağa çalışın. Bunu etdikdən sonra, daha rahat və gümrah yuxunuz olacaq.
– Zəngli saatı çarpayınızdan uzağa qoyun. Qapının arxasına və ya otağın uzaq küncünə qoyun ki, zəng çalan kimi onu tezbazar söndürüb, yenidən yatmaq imkanınız olmasın.
– Xoş musiqi sədaları altında oyanın. Qıcıqlandıran və qulaqbatıran melodiyalarla oyanmaq məcburiyyətində deyilsiniz.
– Səhər duran kimi bir neçə dəfə dərindən nəfəs alıb-verin.
– Qarşınıza böyük hədəflər qoyun. Belə olduqda, səhərlər durmaq üçün böyük motivasiya hiss etmiş olacaqsınız.
– Duran kimi bacardığınız qədər tez işığı yandırın. Bu sizi yuxu hiss etdirən melotoninin yaranmasının qarşısını alır. İşıq oyanmağınıza kömək olacaq.
– Səhər yeməyindən əvvəl mütləq su için. Bu çox sadə, lakin olduqca effektiv metoddur. Bu sadəcə oyanmağınıza deyil, həm də maddələr mübadilənizin yaxşılaşmasına kömək edəcəkdir.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri