Mətbəxdəki bu əşya...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 023
Səs ver:
(səs: 4)
Aparılan araşdırmalar nəticəsində evin ən kirli əşyasının mətbəx süngəri olduğu ortaya çıxıb.
Heç təxmin edə bilməyəcəyiniz yerlərdə və əşyalarda mikrob lazımından da çox ola bilər. Mikrob, bakteriyalar hər yerdə var, görmürsünüz deyə "yoxdur” anlamına gəlmir.
Hər gün istifadə etdiyiniz dəsmallar, yataq örtüyünüz, əl dəsmallarınızda belə, göbələk, bakteriya, allergik zərrəciklər var. Bunların böyük bir qismi zərərli deyil, ancaq bəziləri sizi həqiqətən xəstə edə bilər.
Araşdırma zamanı ən mikroblu əşyanın mətbəx süngəri olduğu müəyyənləşib. Hətta zibil vedrəsindən də çox mikrobludur. Çünki bıçağınızdakı əti, tərəvəzi təmizlədiyinizdə mətbəx süngəri bakteriyaların yaranması üçün daha çox şərait yaradır. Bu bakteriyalar da çox tez yaranıb yayıla bilir.
Həm süngərin öz materialı, həm də özünə çəkdiyi nəm bakteriyaların yaranması üçün əlverişli şərait yaradır. Süngərlər kampilobakteriya, E coli və listeriya kimi bir çox təhlükəli bakteriya növünü özündə toplayır.
Bunlar da dəri xəstəlikləri və bəzi problemlərə səbəb olur. Məsələn, 5 gün boyunca kampilobakteriyaya məruz qalmaq həzm sistemində pozuntu, qusma, qarın sancıları, qarın ağrısı, qızdırma, ürəkbulanma kimi problemlərə səbəb olur.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 3 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri