Havaların soyuması ilə infeksion xəstəliklərin artma riski yüksəlir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 083
Səs ver:
(səs: 3)
Xüsusən də bağça və məktəb yaşlı uşaqlar arasında belə xəstəliklər sürətlə yayılır.

Mütəxəssislər isə bildirirlər ki, bu yaş qruplarında yuxarı tənəffüs xəstəliklərinə diqqət yetirmədikdə ağır fəsadlar törədə bilər.
Günəşli havanı, soyuq külək və yağışlı hava şəraitinin əvəzləməsi infeksion xəstəliklərin baş qaldırmasına səbəb olub.  Bu xəstəliklər hava damcı yolu ilə yayıldığından məktəb və uşaq yaşlı uşaqlarda təmas yolu ilə sürətlə yayılır. Bəzən valideynlərin bu xəstəliyə "qripdir, gəzə-gəzə keçər” deyə yanaşması, belə uşaqları  kollektiv içərisinə buraxması  onun daha geniş yayılmasına səbəb olur. 
Mütəxəssislər bildirirlər ki,  belə xəstələr məktəb və ya bağçaya buraxılmamalı, yataq rejiminə diqqət yetirilməli və bol maye qəbul etməlidirlər. Eyni zamanda, tərkibində bol vitamin olan qidalar qəbul edilməlidir. Əks halda xəstəlik bronxit, otit, sinusit, pnevmaniya kimi ağır fəsadlar verə bilər.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən uşaqların icbari dispanzerizasiyası ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, azyaşlılar hər yaş dövrünə uyğun olaraq, mütamadi icbari dispanzerizasiyadan keçirilməlidirlər. Bu, müxtəlif xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicəsinə imkan verir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 083
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri