Stəkana çıxan çayın rənginin səhhətimizə təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 831
Səs ver:
(səs: 1)
Hər bir azərbaycanlı ailəsində ən çox istifadə olunan içki çaydır.

Uzunömürlülüyün daşıyıcısı sayılan çay XIX əsrin əsas içkisi hesab edilir. Qədim adət-ənənələrə malik xalqımızın ta qədimdən formalaşan çay-süfrə mədəniyyəti var. Elə bir ailə yoxdur ki, evinə təşrif buyuran qonağı çaysız qarşılasın
Çay susuzluğu aradan qaldırmaqla yanaşı, müalicəvi əhəmiyyətə malikdir. Lakin, indiki məqamda insanları dəmlənən çayın stəkanda qoyduğu ləkələr narahat edir.
Terapevt Arzu Hüseynova: "indi bəzi çaylar var tökən kimi qıpqırmızı olur. Əslində, çay müəyyən müddət dəmlənməlidir. Əvvəla, çay dəmləndikdən maksimum 1 saat ərzində içib qurtarmalıdır. Əgər, çay uzun müddət qalırsa, necə çay fincanın divarında bir qat əmələ gəlirsə, bu cür qat insanın qaraciyərində də yaranır".
Ekspertlər deyir ki,hazırda təmiz, qatqısız və təbii çay tapmaq müşkülə çevrilib. Bəzi işbazlar saman çöplərini boyayıb, təbii məhsula qataraq, satışa çıxarır.
Təbii çay əslində 15-20 dəqiqə ərzində dəm almalıdır. Təəssüf ki, istifadə etdiyimiz çay cəmi 3 dəqiqəyə dəmlənir. Bu da əlbəttə ki, çayın tərkibinə əlavə edilən müxtəlif kimyəvi maddələr sayəsində.
Kənd Təsərrüfatı üzrə fəlsəfə doktoru Fərman Abdullayev: "Təbii çaylar həm iyinə, həm dadına, həm də rəng almasına görə fərqlənir. Təbii çay həm tərkib, həm də müalicə baxımdan yüksəkdir. Çayın tərkibi maddələrlə qiymətləndirilir. Kimyəvi maddə qatılmış çaylardan fərqli olaraq, təbii çaylarda büzüşdürücü acılıq olur".
Hazırda ölkəmiz çaya olan tələbatının 95 faizini xarici məhsullar hesabına ödəyir. Respublikada hər il 16 min ton çay istifadə edilir ki, onun cəmi 320 tonu yerlidir. Mütəxəssislər çayçılığın inkişafı üçün bu sahəyə uzunmüddətli kreditlərin verilməsinə ehtiyac  duyur. Çünki, çay kolu əkildikdən 7 il sonra ilk, 10 il sonra isə daha yaxşı məhsul verir.
Qeyd edək ki, dövlət proqramına uyğun olaraq, bu il nəzərdə tutulan 2000 hektar yeni çay plantasiyasında işlər artıq yekunlaşıb.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri