Doyunca yatmamaq piylənməyə səbəb olur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 912
Səs ver:
(səs: 3)
Doyunca yatmamaq siqaret çəkməkdən ziyanlıdır və piylənməyə səbəb olur

Dünya Səhiyyə Təşkilatının (DST) əməkdaşları aparılan tədqiqatların nəticəsində belə bir qərara gəliblər ki, doyunca yatmamaq insan orqanizminə siqaret çəkməkdən daha çox ziyan vurur, insult və ya infarkt keçirmək ehtimalını artırır.
 VistaNews saytına istinadən, alimlərin fikrincə, doyunca yatmamaq gələcəkdə ürəkdə böyük problemlər yarada bilər. Bütün insanlar yuxuya ayrılan vaxta məsuliyyətlə yanaşmalıdırlar.
Mütəxəssislər 25-64 yaş arasında 650-dən çox kişinin 11 il ərzində yatmasını müşahidə ediblər. Alimlər aşkar ediblər ki, ürək-damar sistemində problemi olan iştirakçıların təqribən 63 faizi doyunca yatmayanlardır. Buna əsaslanaraq, mütəxəssislər bütün insanlara sutkada 8-10 saatdan az yatmamağı məsləhət görürlər. Hətta 30 dəqiqə az yatmaq da gələcəkdə problem yarada bilər. Bundan başqa, doyunca yatmamaq insanda piylənmənin inkişafına əsas səbəbdir.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 1 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri