Müasir insanların əksər hissəsi oturaq həyat tərzi keçirir. Xüsusilə bu böyük şəhərlərdə yaşayanlara aiddir.
Şəhərlərdə
yaşayan insanların işi bir çox hallarda kompüterlə bağlıdır ki, insan
günün bir çox hissəsini kompüterin arxasında oturmağa məcburdur.
Bu
yaxınlarda İngiltərə alimləri günün bir çox hissəsini oturaq vəziyyətdə
olan (ofis, bank işçiləri, sürücülər və s.) insanların sağlamlığı ilə
bağlı geniş araşdırmalar aparıblar. Araşdırmaların nəticələri alimləri
çox məyus edib.
Həkimlərin
fikirinə görə, oturaq həyat tərzi insanın həyatını 20%-ə qədər
qısaldır. Bunun səbəbi isə oturaq həyat tərzi nəticəsində inkişaf edən
müxtəlif xəstəliklər və pozulmalardır.
Belə
ki, insan uzun müddət ərzində oturanda onun bədəninin aşağı hissəsində
əzələlər və damarlar sıxılır və nəticədə qan dövranı kəskin pozulur.
Qanın orqanizmdə normal dövr etməsi sağlamlıq üçün çox vacibdir. Qan
orqan və sistemlərə qidalı maddələri və oksigeni daşıyır. Qan dövranı
pozulduqda orqanlar daha az oksigen və qida alır ki, bu onlarda
pozulmaların inkişafına yol açır. Bundan əlavə orqanlarda durğunluq
yaranır. Durğunluq isə iltihabların əsas səbəbidir.
Kişilərdə
prostatit və cinsi zəfliyi, qadınlarda cinsiyyət sistemi pozulmaları və
iltihablar, mədə-baöırsaq sistemi pozulmaları və xəstəlikləri (həzm
problemləri, qəbizlik, hətta yoğun bağırsağı xərçəngi), babasil, varikoz
və s. - bütün bunlar oturaq həyat tərzinin acı nəticələridir.
Oturaq
həyat tərzi bədən çəkisinin artmasına səbəb olur. Bədən çəkisinin
artması isə ürək-damar, maddələr mübadiləsi, endokrin və s.
xəstəliklərinə yol açır.
Uzun
müddət ərzində oturaq vəziyyətdə olan insanın onurğa sütunu çox güclü
yükləmələrə məruz qalır ki, onurğada pozulmalar yaranır. Bu isə
osteoxondrozun inkişafına səbəb olur.
Müasir insanlarda boyun, bel, baş ağrılarının səbəbi bir çox hallarda məhz uzun müddət ərzində oturmaq olur.
Həkimlər
oturaq işlə məşğul olan insanlara daha tez-tez (hər 1 saatdan bir 5-10
dəqiqə ərzində) durmağı, bir qədər gəzməyi, sadə fiziki hərəkətlər
etməyi tövsiyə edirlər.