Həşəratlara qarşı gözoxşayan təbii vasitə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 222
Səs ver:
(səs: 3)
Yay aylarının ən əsas problemlərindən biri də həşəratların narahatedici vızıltıları və dişləmələridir. 

Yay axşamlarının açıq hava istirahətlərinə aramsız vızıltıları ilə mane olan bu həşəratlarla mübarizə üçün kimyəvi dərmanlar yerinə təbii vasitələrdən də istifadə etmək olar. Bu vasitəni öz əlinizlə çox asanlıqla hazırlaya bilərsiniz. Əsas olan da odur ki, onun tərkibində heç bir kimyəvi maddə yoxdur. 

Lazım olan məhsullar:
- 4 banka
- 40 damcı yağ (zövqə görə sidr, lavanda, limon, nanə, evkalipt)
- 2 limon və ya yaşıl limon
- 8 rozmarin (bibəriyə) və ya nanə zoğu
- su
- şam 

Hazırlanması:
1. İki rozmarin və ya nanə zoğunu bankaya yerləşdirin. 

2. Hər bankanı 3/4 qədər su ilə doldurun. 

3. Hər bankaya 10 damcı yağ əlavə edin. 

4. Doğranmamış meyvələri bankaya yerləşdirin. 

5. Su əlavə edin. Sonra bankalara şamları qoyun və yandırın. 

6. Mayeni 4-5 gündən dəyişin. 

Bu gözəl vasitə nəinki həşəratlardan qurtulmağa yardım edəcək, eyni zamanda yay terasında və ya mətbəxdə çox gözəl görünəcək.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 222
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri