Sevgi
insan orqanizmində xüsusi maddələr "endorfinlərin” istehsalını
çoxaldır. Endorfinlər isə öz növbəsində insanın immun sistemini və bütün
orqanizmi aktivləşdirir.
Britaniya həkimlərin fikrinə görə, bu səbəbdən sevgi hiss edən insana xəstəliklər qorxulu deyil.
Ekspertlər
vurğulayırlar ki, insanın emosional vəziyyəti onun sağlamlığına böyük
təsir edir. Məhz bu səbəbdən həkimlər müsbət emosiyaları keçirməyə və
stresslərdən, depressiyadan çəkinməyə məsləhət edirlər