Özünüzə yatırım etməyiniz üçün 7 səbəb

Müəllif: ulduz
Şərhlər: 2
Baxılıb: 2 829
Səs ver:
(səs: 2)
Ən yaxşı yatırım özünüzün inkişafı üçün etdiyiniz yatırımdır. Həyatın istənilən sahəsində rəqabətlə üzləşəcəyinizi nəzərə alaraq, həmin sahə üzrə daha üstün olduğunuzu bilik və bacarıqlarınız ilə nümayiş etdirməlisiniz. Dəyişən dövrün zəruri olan tələbi də şəxsi inkişafı, iş həyatında öz bacarlıqlarını inkişaf etdirməkdir. Qədimdən işəgötürənlərin istiqamət verdiyi tədris və ya maliyyə investisiyalarını artıq insanlar özləri idarə edir. Bir sözlə, indiki dövrdə güclü və yaradıcı olanlar qazanır.
 
Sıfır Risk
Özünüzə yatırım etməyin hər zaman faydası var ki, riski yoxdur. Bu tenderdə uduzan yalnız Sizin rəqiblərinizdir. Doğru insanlarla qurduğunuz sağlam münasibətlər karyera pilləsində sağlam münasibət qurmağınıza kömək olacaqdır.
 
Özünüzü Kəşf edəcəksiniz
İşə, güclü və zəif nöqtələrinizi ortaya qoymaqla başlayın. Hansı işlərdə daha güclü və hansı işlərdə zəif olduğunuzu müəyyən edin. Bu günə kimi əldə etdiyiniz uğurları və itkilərin siyahısını tərtib edərək, vəziyyəti analiz edərək, özünüzü kəşf etməyin zövqünü yaşayın.
 
Uğur Tədris almaqla gəlir
Tədrisə sərf etdiyiniz enerji və pul vəsaitləri üçün heç zaman peşman olmayacaqsınız. Bəs hansı tədris proqramları Sizə gəlir gətirə bilər? Məsələn, bir tərəfdən öz işinizlə məşğul olarkən, digər tərəfdən də yaxşı bir bazar iştirakçısı olmaq istəyirsinizsə, o zaman maliyyə bazarları üzrə tədris proqramlarına yazılmağınız özünüzə edəcəyiniz ən dəyərli yatırımdır.
 
Xoşbəxt olmaq haqqınızdır
Özünüzü xoşbəxt hiss etdiyiniz işlərlə məşğul olun və bu sahələr üzrə mütəxəssisə çevrilməyə çalışın. Bacardığınız qədər kitab və jurnallar oxuyun, yazı yazın və şəkil çəkmək kimi qabiliyyətlərinizi ortaya çıxaracaq işlərə vaxt ayıraraq özünüzü hərtərəfli inkişaf etdirin. Kim bilir, bəlkə daxilinizdə kəşf edilməyi gözləyən çox istedadlı bir yazıçı və ya rəssam yaşayır.
 
Özünüzə dəyər verin
Mütəxəssislik zirvəsinə ucalan insanlar bu yolda irəliləyərkən nə qədər əziyyət çəkdiklərini bir düşünün. Texnologiya sürətlə inkişaf etdiyi bir dövrdə bütün məlumatlar əliniz altındadır. Yəni hər hansı bir sahə üzrə mütəxəssis olmağınız Sizdən asılıdır. Odur ki, Sizə maraqlı olan sahənin arxasınca gedib bu işi bütün incəliklərinə kimi öyrənməlsiniz.
 
Vaxtınızı dəyərləndirin
Hamıya bərabər şəkildə verilmiş zamanı ağılla istifadə edərək və qabiliyyətlərinizi aşkara çıxaracaq investisiyalarla iş və karyera həyatında ön sıralara keçərək öz gələcəyinizi özünüz təyin edirsiniz. Edəcəyiniz ağıllı investisiyalarla vaxtınızı düzgün qiymətləndirərək minimum enerji ilə maksimum fayda təmin edin.
 
İşinizin sahibi olun
Səhər 9-dan axşam saat 5-ə kimi işləmək məcburiyyətində deyilsiniz. Xüsusilə də güclü analiz etmək qabiliyyətiniz varsa özünüzü bu çərçivəyə salmayın. Ağıllı investisiyalar və iş imkanları ilə fərq yarada, özünüzü və vaxtınızı Siz idarə edə bilərsiniz. Öz işinizin sahibi olmaq haqqında düşünün
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri