Saqqız xeyirlidir yoxsa zərərli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 178
Səs ver:
(səs: 2)
Reklam roliklərindəki stomatoloqlar bizi saqqız çeynəməyə çağırır: "Hər dəfə yeməkdən sonra saqqız çeynəməyi unutmayın!”. Bəs həqiqətdə necə? Gəlin aydınlaşdıraq, saqqız doğrudanda kariyesin qarşısını alıb, dişləri ağartmağa və hətta möhkəmlətməyə kömək edir? 

Həkimlər iddia edir ki, saqqız çeynəmək alt çənə oynağını möhkəmləndirir. Hamımızın sevdiyi yumşaq qida fəal çeynənməyi tələb etmir, çənə əzələləri isə daim məşq tələb edir. Lakin saqqız – çənə əzələlərini tonusda saxlamağın yeganə üsulu deyil, onu alma və ya yer kökü də asanlıqla əvəz edə bilər. 

Bir çoxları hesab edir ki, yeməkdən sonra saqqız çeynəmək kariyesin qarşısını alır. Bu, doğrudur: saqqız seliyin ifrazatına səbəb olur, deməli, ağız boşluğunu xəstəliyi törədən qida qalıqlarından təmizləyir. Lakin əgər kariyes artıq yaranıbsa, saqqızın mikroçata düşməsi diş toxumalarının dağılma prosesini daha da sürətləndirir. 

Reklam bizi inandırır ki, xüsusi saqqızlar dişləri ağartmağa kömək edir. Əlbəttə ki, bəyaz təbəssüm arzusunda olan hər birimiz qəhvə, qırmızı şərab, çay qəbul etdikdən sonra yarana biləcək sarı təbəqənin qarşısını almaq üçün saqqız çeynəməyə çalışır. Əslində isə dişlərimizi bu sarı təbəqədən qurtarmağa bizə yalnız diş fırçası kömək edə bilər. Məsələ ondadır ki, ağardıcı saqqız inadcıl sarı təbəqəni təmizləməyə qadir deyil. 

Bəs saqqızın zərəri nədən ibarətdir? Mütəxəssislər saqqızı gün boyu çeynəməyi məsləhət görmürlər. Məsələ ondadır ki, çeynəmə zamanı çoxlu miqdarda mədə şirəsi ifraz olunsa da, mədəyə qida daxil olmur, mədə şirəsi mədənin selikli qişasını dağıtmağa başlayır, bu da qastrit və xora kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstəliklərdən əziyyət çəkın insanlar isə ümumiyyətlə saqqız çeynəməməlidirlər. 

Beləliklə, əgər dişlərimizi fırçalamağa imkanımız yoxdursa, saqqız həqiqətən də faydalı ola bilər. Lakin saqqızı yalnız yeməkdən sonra çeynəmək olar. Unutmayın ki, saqqızı 10-15 dəqiqədən artıq çeynəmək olmaz. 

İldə iki dəfə stimatoloq kabinetini ziyarət edin – adətən bu tədbir diş sağlamlığı üçün istənilən saqqızdan daha faydalıdır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri