Yayın ən əsas sərinlədici vasitələrindən olan buzun dəri üçün faydalı xüsusiyyətləri də olduqca çoxdur.
Belə ki, buzdan dərinizi gözəlləşdirmək üçün də istifadə edə bilərsiniz. Beləliklə, buzun bilinməyən bir çox faydaları...
Makiyajdan əvvəl üzünüzə sürtün
Makiyajdan
əvvəl dərini makiyaja hazırlamaq çox önəmlidir. Makiyajdan əvvəl
üzünüzə biraz buz sürtün, belə olduğu təqdirdə makiyajınız daha uzun
müddət qalacaqdır.
Dərini sıxlaşdırır
Buz
məsamələri büzüşdürür və qırışıqlıqları gərərək üzünüzə daha canlı bir
görünüş qazandırır. Eyni zamanda qan dövranını nizamlayır və civzə əmələ
gəlməsinin qarşısının
alınmasına yardımçı olur.
Şişmiş gözləri rahatladır
Əgər
gözləriniz şişibsə, buz qəlibinin içinə yaşıl çay tökün və dondurun.
Sonra bu yaşıl çay buzlarını yüngülcə gözlərinizin altına sürtün.
Qırmızı ləkələri azaldır
Yeni bir civzə çıxdığını görmüsünüzsə, qırmızı olan hissəyə buz sürtün. Bu, eyni zamanda civzə izlərini də azaldır.
Qaşlarınızı almadan öncə keyləşdirir
Buzu
qaşlarınızın aldığınız qisimlərinə sürtün və biraz gözləyin. Yüngül bir
keyləşmə başladığı zaman qaşlarınızı almanız daha ağrısız olacaqdır.
Günəş yanıqlarını rahatladır
Günəş
yanığı ağrısını yüngülləşdirmək üçün biraz su və biraz aloe vera gelini
buz qəlibinə qoyun və dondurun. Sonra buz kublarını bədəninizə sürtün.
Bədəninizin nə qədər rahatladığını görəcəksiniz.
Dərinizə sağlam parlaqlıq verir
İçinə
biraz su əlavə etdiyiniz portağal suyunu buz qəlibinə qoyun və
dondurun. Buz qəliblərini üzünüzə 1 dəqiqə ərzində sürtün. Bu qarışım
həm üzünüzü təmizləyəcək, həm də dərinizə sağlam bir işıltı – parlaqlıq
verəcək.