Wi-Fi dalğasını gücləndirməyin 5 yolu

Müəllif: my_angel
Şərhlər: 9
Baxılıb: 2 941
Səs ver:
(səs: 2)
İnternetə aylıq pul ödəyirsiniz, ancaq istədiyiniz nəticəni əldə edə bilmirsinizsə, günah bəlkə də elə özünüzdədir.Qadınlar.Biz internet dalğasının daha böyük ölçüdə necə əldə etməyin yollarını sizə təqdim edir.

1) Cihazı evin mərkəzində yerləşdirin. Əgər siz cihazı evin istənilən lazımlı nöqtəsindən görə bilirsinizsə, deməli onun üçün ideal yer tapmısınız.

2) Cihazı yerə qoymayın. Cihazınızın hansı modeldə olmasından asılı olmayaraq, dalğaların yarısı aşağı ötürülür. Siz cihazı yerə qoyduğunuz təqdirdə dalğaların yarısını itirmiş olursunuz. Buna görə də, qonşularınız sizin wifi-dan sizdən daha çox faydalanır. Cihaz üçün ən uyğun məkan tavanın altı, divardır. Yadınızda saxlayın ki, cihazın ətrafında nə qədər divar varsa, dalğa bir o qədər azalacaq.

3) Cihazı digər elektron əşyalardan uzaq tutun. Bu hər hansı bir deyim deyil. Həqiqətdir. İstər televizor, istə kompyuter, ya da istər hər hansı başqa elektron əşyadan cihazı uzaq tutun.

4) Cihazın antenalarını düzəldin. Cihazın antenaları noutbukunuzun daxili antenaları ilə paralel olduqda dalğa qəbulu daha böyük olur. Əgər sizin bunu etmək imkanınız yoxdursa, o zaman cihazın öz antenalarından birini vertikal, digərini isə horizontal şəkildə qoyun.

5) Əgər otaqda çox əşya varsa, o zaman otağın müxtəlif yerlərində dalğa müxtəlif olacaq. Odur ki, ya otağınızı təmizləyin, ya da cihazı tavana yaxın yerləşdirin.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri