Beyni öldürən 10 təhlükəli vərdiş

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 2 316
Səs ver:
(səs: 2)
Beyin insan orqanizminin ən vacib orqanıdır. XXI əsrdə əksər işlər birbaşa zehni əməklə bağlıdır. Belə olan halda, niyə onu qorumuruq?
 
Qadınlar.Biz xəbər verir ki, insan beynini yavaş-yavaş məhv edən 10 təhlükəli vərdiş var. Siyahı ilə tanış olduqdan sonra onlardan can qurtarmaq öz əlinizdədir.
 
Səhər yeməyindən imtina
Səhər yeməyi yeməyənlərin qanında qlükozanın səviyyəsi aşağı olur. Bu da beynin aktivliyini aşağı salır.
 
Normadan artıq qidalanma
Bədəndə xolesterinin miqdarı çox olur. Bu da beynin işini ləngidir.
 
Siqaret çəkmə
Siqaret çəkən insanların beyin hüceyrələri ölür. Bu da birbaşa beynin fəaliyyətinə təsir edir.
 
Həddən artıq şəkər qəbulu
Nə qədər çox şəkər qəbul etsəniz, bir o qədər də zəhərli maddələr və artıq çəkidən əziyyət çəkəcəksiniz.
 
Çirkli hava
Bu amil sizdən asılı olmasa da, bilməlisiniz ki, oksigen çatışmazlığı beyin fəaliyyətini zəiflədəcək.
 
Yuxusuzluq
Əgər yuxu rejiminə riayət etmirsinizsə, bu, sizin üçün yaxşı deyil. Beyin hüceylərini öldürən ikinci amil yuxusuzluqdur.
 
Narkotik və spirtli içkilər
Bu kimi maddələr beynin fəaliyyətini məhv edir.
 
Xəstəlik zamanı işləmək
İnsan xəstə olduğu zaman zehni əməklə məşğul olursa, bu, beynə mənfi təsir edir. Çünki xəstəlik zamanı orqanizm bütün resurslarını məhz xəstəliklə mübarizəyə yönəldir. Belə olan halda, beyin lazimi qədər oksigen ala bilmir.
 
9. Stimul və inkişafın çatışmazlığı
Beynə daim inkişaf lazımdır. Gündəlik oturub televizora baxmaq əvəzinə, kitab oxu, krossvord həll et və ya şahmat oynayın.
 
10. Danışmamaq
Danışmaq da beynə birbaşa stimul verən vasitədir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri