Komplekslərdən azad olmağın yolları

Müəllif: Qlamurr
Şərhlər: 4
Baxılıb: 2 661
Səs ver:
(səs: 0)
Komplekslər bizim öz beynimizin məhsuludur. Başqa sözlə desək, komplekslərimiz təməli uşaq yaşlarında qoyulur daha sonrakı yaşlarda inkişaf edir. Bəs komplekslərin əsas yaranma səbəbləri nələrdir? Bu səbəblər komplekslərə görə dəyişir. Bəzi insanlar uşaq vaxtlarında ailədə yaşadıqları hadisələrdən, məktəbdə müəllim və ya ətrafındakı insanlar tərəfindən psixoloji travmalara məruz qalırlar. Ailə daxili münaqişələr, zorakılıq, təhqir və.s kimi hadisələr özünə güvənsizlik, inamsızlıq və.s bu kimi komplekslərin yaranmasına gətirib çıxarır. Çünki bu hal heç cürə sizin həyatınızda müsbət bir şəkildə özünü göstərməyəcək. Uşaq yaşlarından həyatımızda dərin izlər buraxan hadisələr daha sonra öz təsirini gələcək həyatımızda biruzə verir. Çünki,insan həyatı boyu yaşadığı hadisələri unutmur, tam əksinə onlar daima yaddaşımızın bir kənarında özünə yer edir. Bu cəhətdən qeyd olunmalıdır ki, kompleksdən azad olmaq insana keçmişini unudaraq müvəffəq olmur. Yalnız özünü olduğu kimi qəbul etmək bizi komplekslərimizdən azad edə bilər. 
Bəs komplekslərdən necə azad olmaq mümkündür?
•Əgər kompleksləriniz həyatınızın gedişinə mənfi təsir göstərirsə, o zaman bu kompleksdən azad olmağa çalışın. Bunun üçün , ilk öncə özünüzdə kompleksdən yaxa qurtarmaq üçün lazım olan enerjini tapın. Çünki, komplekslər illərlə yarandığı üçün onunla mübarizə də müəyyən qədər vaxt ala bilər. Məhz bu səbəbdən təmkinli olmaq əsas şərt hesab olunmalıdır.
•Sizin özünüzə inamınızla bağlı komleksiniz varsa çalışın bu inamsızlığı ilk öncə özünüzü sevmək, özünüzə güvənməklə aradan qaldırın. Atacağınız hər bir cəsarətli addımda qazanacağınız uğur sizi daha da ruhlandıracaq.
•Bəzi nəzəri yanaşmalara görə komplekslər şüurdan sıxışdırılmış meyllərlə birbaşa bağlıdır. Məhz bu səbəbdən onların aradan qaldırılması bu meyilllərin şüura gətirilərək dərki nəticəsində mümkün ola bilər. Başqa sözlə biz kompleksin yarandığı keçmişə qayıdaraq o zaman keçirdiyimiz hissləri dərk etməklə komplekslərimizdə azad ola bilərik.
•Hər hansı bədən üzvü ilə assosiasiya olunan komplekslər birbaşa inamsızlıqdan qaynaqlanır. Bu zaman özünəinamsızlıq səbəbindən şəxslərdə öz xarici görünüşündən narazılıq müşahidə olunur. Bu cür komplekslərdən əziyyət çəkənlər yalnız özünü olduğu kimi qəbul etməklə bu problemdən yaxa qurtara bilər. Sonda qeyd etmək lazımdır ki, əgər daxilimizdə baş verənlər həyatımızı istədiyimiz şəkildə yaşamağımıza mane olursa bu zaman bu problemdən mümkün qədər tez yaxa qurtarmalıyıq. Çünki, həyatımızın hər anı yaşamaq üçün bizə verilən şansdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri