Gözlərin sağlamlığı üçün 10 hərəkət

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 2 709
Səs ver:
(səs: 3)
Müasir dünyada kompüter və smartfonlardan gün ərzində həddindən artıq istifadə etmək bir çox insan üçün ortaq problem – uzağı və ya yaxını görmədə problemlər yaradıb. Gündəlik stress və həyat tərzi də buna təsir edən digər amillərdəndir. Gözlərinizin sağlamlığını qorumaq və ya bərpa etmək üçün isə bir neçə göz hərəkətləri etməlisiniz. Bu 10 hərəkət gözünüzün sağlamlığına ancaq müsbət tərəfdən təsir göstərəcək. Gəlin sınayaq!
 
Qaranlığa baxın
Dirsəklərinizi stolun üstünə qoyun. Gözlərinizi yumun və əllərinizi gözlərinizin üzərinə qoyun. Rahatlaşın və qaranlığa baxın. Bu formada 1-3 dəqiqə qalmağa çalışın.
 
Gözlərinizi sağ və sola doğru hərəkət etdirin
Ayağa qalxın və ya belinizi dik tutaraq oturun. Düz qarşıya doğru baxın. Başınızı tərpətmədən sola doğru baxın. Gördüyünüz hər hansı bir şey üzərində diqqətinizi cəmləyin. Daha sonra sağa doğru baxın. Baxışınızı 5 dəfə sağ və sola doğru aparın. Bu məşqi gündə 3 dəfə təkrarlamağa çalışın.
 
Gözlərin yuxarı və aşağı doğru hərəkəti
Dik oturun və qarşıya doğru baxın. Daha sonru baxışlarınızı yuxarı doğru yönəldin və gördüyünüz hər hansı bir obyekt üzərində baxışınızı saxlayın. Çalışın bu hərəkəti alnınızı qırışdırmadan edəsiniz. Eyni hərəkəti aşağı doğru baxaraq 5 dəfə təkrarlayın. Bu məşqi də gündə 3 dəfə etməyə çalışın.
 
Baxışın diaqonal hərəkəti 
Düz qarşınıza baxın. Aşağı sola doğru baxın, sonra baxışınız diaqonal olaraq yuxarı sağa doğru yönəldin. Daha sonra eyni hərəkəti fərqli istiqamətlərə fokuslanaraq təkrarlayın. Bu hərəkəti 5 dəfə təkrarlayın. Məşq gündə 3 dəfə edilməlidir.
 
Gözlərin fırladılması
Dik oturun və rahatlanın. Sol tərəfə baxın və yavaş-yavaş gözlərinizi saat əqrəbi istiqamətində fırlatmağa başlayın. Saat əqrəbi istiqamətində 5 dairə edin, sonra isə saat istiqamətinə qarşı. Bu hərəkəti gün ərzində 3 dəfə təkrarlayın.
 
Yaxın və uzaq fokuslanma
Fikrinizi bir qələm üzərində cəmləyin. Bu qələm gözlərinizdən 20-30 sm uzaqlıqda olmalıdır. Daha sonra baxışınızı hər hansı bir uzaq obyektin üzərindı cəmləyin. Həmin əşyaya diqqətlə baxın və detallarını görməyə çalışın. Daha sonra yenidən qələmə baxın. Bu hərəkəti 5 dəfə etməyə çalışın. Gün ərzində 3 dəfə təkrarlayın.
 
Konsentrasiya 1
Dik oturun və qarşıya doğru baxın. Sonra qaşlarınızın ortasına doğru baxın. Bir neçə saniyə həmin nöqtədə fikrinizi cəmləyin. Daha sonra yenidən qarşıya doğru baxın. Bu hərəkəti 5 dəfə etməyə çalışın. Gün ərzində 3 dəfə təkrarlayın.
 
Konsentrasiya 2
Dik oturun və qarşıya doğru baxın. Daha sonra burnunuzun ucuna doğru baxın. Daha sonra yenidən qarşıya doğru baxışlarınızı yönəldin. Bu hərəkəti 5 dəfə etməyə çalışın. Gün ərzində 3 dəfə təkrarlayın.
 
Masaj. Birinci üsul 
Gözlərinizi yumun. Gözlərinizi bərk sıxaraq o vəziyyətdə saxlamağa çalışın. Sonra göz ətrafı əzələlərə bir az istirahət etdirin. Yenidən bərk sıxaraq bağlayın. 10 dəfə təkrarlayın.
 
Masaj. İkinci üsul.
Gözlərinizi bağlayın. Yumşaq dairəvi hərəkətlərlə göz qapaqları masaj edin. Ehtiyatla basın, çox ağır təzyiqə cəhd etməyin. Bu hərəkəti hər biri 10 dəfə olmala saat əqrəbi istiqamətində və əksinə etməyə çalışın.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 709
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri