Yerr
üzərində canlı orqanizimlərin ən yüksək pilləsi hesab olunan insanı
bəzi məlumat mənbələrində yaradılmışların ən üsütünü olaraq qeyd
edirlər.
Onuda
vurğulamaq lazımdır ki, insan sosiologiya, psixologiya, fiziologiya,
pedaqogika, təbabət və s. elmlərin tədqiqat obyektidir. İnsanın
hərəkətləri, düşüncə tərzi, yaşadığı obyektiv şəraitdən, şüurlu və
şüursuz sürətdə təmsil etdiyi sosial qrupun və sinfin xüsusiyyətlərindən
asılı hesab olunur. Bu baxımdan şüursuz olaraq pis vərdişlərə yiyələnən
insanlar mühitin təsirini bəhanə etməməli, həmin vərdişlərdən əl çəkmək
üçün müəyyən işlər görməlidirlər. Bu işlərdə ilk növbədə sağlamlıqla
əlaqədar vacib hesab etdikləri fəaliyyətləri planlaşdırmalı, gün ərzində
şəxsi gigiyenaya ciddi fikir verərək, sağlamlığı, gümrahlığı,
uzunömürlüyü təmin edən gündəlik rejimi, idman fəaliyyətlərini, təmiz
hava qəbulunu, rejimlə qidalanmayı və s. unutmamalıdırlar. Sağlamlığın
prioritet mövzularından hesab olunan asudə vaxtda müxtəlif əyləncə
xarakterli işlərlə məşğul olmaq da faydalıdır. (Fitness, şahmat, turizim
və s.). Bütün bunlar isə sağlamlığa müsbət təsir göstərməklə bərabər,
sözügedən pis vərdişlərdən də insandan uzaq olmasını təmin edəcək. Əks
təqdirdə bu müxtəlif xəstəliklərin yaranma səbəbinə çevrilə bilər.
Türkiyənin Samsun şəhərinin Böyük Anadolu Çiftlik Xəstəxanası ümumi
cərrahiyyə üzrə klinika mütəxəssisi həkim Müzəffər Al, şəxsi gigiyenada
dırnaq və saç yemə kimi vərdişi olan kəslərin "bezoar" təhlükəsi ilə
qarşı-qarşıya olduqlarını söyləyib.
Bezoarın
insan ilə heyvanların mədə və bağırsaqlarında bəzi maddə liflərinin
yığılıb sərtləşməsi ilə ibarət olan daş olduğunu ifadə edən həkim
Müzəffər Al, dırnaq və saç yemə xəstəlikləri olan insanlarda bezoarın
şübhəsiz meydana gəlm’sinin baş verə biləcəyini, müalicə edilmədiyi
təqdirdə isə böyük sağlamlıq problemləri ilə qarşı-qarşıya olacaqlarını
bildirib.
Verilən
məlumata görə 2 ildir mədə narahatlığından əziyyət çəkən 35 yaşındakı
Şahin bəyin şikayəti üzərinə aparılan tədqiqata və endoskopik müayinəyə
görə onda "bezoar" adlı xəstəlik təsbit etdiklərini ifadə edən həkim
Müzəffər Al, bildirib ki, xəstəmiz klinikaya 2 ildir mədədə ağrı və
həzmsizlik şikayəti ilə müraciət edir. Aparılan işlərin nəticəsində
mədədə yerləşən bezoar müəyyən edilib. Reallaşdırdığımız əməliyyat ilə
mədəsindəki 10 sm və 4 sm boyunda təxminən 180 qr. ağırlığında bezoarı
müvəffəqiyyətlə çıxartmışıq deyib. Dırnaq yemə vərdişi olan xəstəmiz,
diaqnozdan sonra bu vərdişini buraxdığını söyləyib.
Meyvə
və tərəvəzlərin tumlarına da fikir vermək lazımdır. Ümumi Cərrahiyyə
üzrə mütəxəssis həkim Kərim Gözəl isə saç, dırnaq və tük yemə vərdişi
xaricində meyvə və tərəvəzlərin tumlarının alınmasını məsləhət görüb. O,
həzm olunmayanda bezoarın meydana gəlməsinə yol aça biləcəyinə diqqət
çəkən mütəxəssis həzm edilməyən lifli qidaların da bezoar xəstəliyinin
meydana gəlməsinə yol açdığını bildirib. Bu pis vərdişə sahib olan
şəxslərdə erkən doyma və mədədə ağrı şikayəti olduğunu ifadə edən ümumi
cərrahiyyə üzrə klinika mütəxəssisləri, bulantı və qusma, həzmsizlik,
halsızlıq, artıq çəki və pis ağız qoxusu, mədə və bağırsaqda baş verən
tıxanmalar, xora və mədə deşilmələri olan xəstələrin saç, dırnaq və tük
yemə vərdişini tərk etmələrini və mütləq müalicə olmaları lazım olduğunu
sözlərinə əlavə edib.