Küləkdə göz yaşarması normal haldır?

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 480
Səs ver:
(səs: 1)
Daim dəyişən hava şərtləri bədənin müqavimətini zəiflətməklə yanaşı, görmə qabiliyyətinə də pis təsir edir. Göz xəstəlikləri mütəxəssisi professor Banu Coşarın sözlərinə görə, soyuq və quru havalar gözlərdə qaşınma, yaşarma, qızartıya səbəb olur. Bu da mikrobların yaranması ilə nəticələnir. İş yerləri, məktəb, kinoteatr, alış-veriş mərkəzləri, ictimai nəqliyyat kimi qapalı və izdiham olan məkanlarda gözdə infeksiya riski artır.  Xüsusilə, öskürərkən mütləq dəsmaldan istifadə etməli, əlləri tez-tez yumalı, otaqların havasını dəyişdirməli, kondensionerlərin filtrlərini təmizləməli, müqaviməti aşağı olan insanlar qidalanma rejiminə fikir verməlidir.
 Banu Coşarın göz problemlərinin səbəbi barədə fikirlərini və onlardan qorunmaq məqsədilə məsləhətlərini təqdim edirik
 
- Gözdə qızartı nəyin əlamətidir?
- Gözün qızarması gözə mikrob düşməsinin əlamətidir. Bu zaman gözlərdə batma, işığa həssaslıq kimi əlamətlər nəzərə çarpır.
 
- Hava çirkliliyindən necə qorunmalı?
- Xüsusilə yanvar-fevral aylarında artan hava çirklənməsi göz sağlamlığına mənfi təsir göstərir. Havadakı kimyəvi maddələr göz yaşında əriyir və göz səthinin qurumasına yol açır. Ona görə də qış aylarında göz yanmasına tez-tez rast gəlinir.
 
- Küləkdə göz yaşarması normal haldır?
- Qış aylarında ən çox rast gəlinən göz şikayəti soyuq və küləyin yol açdığı göz yaşarmasıdır. Təzadlı görünsə də, gözdən yaş axmasının səbəbi də göz quruluğudur. Külək göz səthini qurudur. Nəticədə göz yaşı vəziləri daha çox göz yaşı istehsal edərək reaksiya verir. Buna refleks yaşarma deyilir. Həmin refleks gözün normal bir müdafiə mexanizmidir.
 
- Qışda eynəkdən istifadə etmək lazımdır?
- Qış idman növləri ilə məşğul olanda eynəkdən istifadə mütləqdir. Xizəkdə sürüşən zaman qoruyucu eynəkdən istifadə etməmək  qar korluğuna səbəb olur. Qar korluğunun əsas səbəbi günəşin ultrabənövşəyi şüalarıdır. Həmin şüalar yüksək enerjiyə sahibdir. O, gözün şəffaf təbəqəsinin səthindəki hüceyrələri məhv edir. Nəticədə gözdə şiddətli ağrı, işığa qarşı həssaslıq və görmə bulanıqlığı meydana gəlir. Qar korluğu müvəqqəti haldır, müalicə ilə 24-48 saatda yaxşılaşır. Hava çirklənməsinin göz səthində yaratdığı mənfi təsirlərinə qarşı süni göz yaşı damcıları istifadə edilməlidir. Həmçinin xizək sürərkən qəzalarda göz və göz ətrafını qorumaq üçün  xizək eynəyindən istifadə mütləqdir.
Göz xəstəlikləri mütəxəssisi qış mövsümündə göz sağlamlığını qorumaq üçün 5 məsləhət verib:
 
Gözləri qorumağın 5 qaydası
 
1. Küləkdən qorunun: Küləkli havalarda geniş çərçivəli eynəklər istifadə edərək gözlərinizi tozdan qoruyun.
 
2. Çoxlu su için: Bədənimizin 60 faizini təşkil edən su, göz sağlamlığı üçün də çox əhəmiyyətlidir. Kifayət qədər su içmədikdə göz yaşı istehsalı azalır. Ona gprə də, gözün nəmli olması üçün bədənin su ehtiyacı yetərli səviyyədə olmalıdır.
 
3. Qapalı mühitlərdə otağın nəmini nizamlayın: Qışda otaqlar qızdırıcı sistemlə qızdırılır. Bu da havadakı rütubətin azalmasına, bunun nəticəsində də göz quruluğuna səbəb olur.
 
4. Günəş və ya xizək eynəyi istifadə edin: Xüsusilə, qarlı havalarda ehtiyatlı olun. Çünki ağ qar günəş şüalarını əks etdirdiyi üçün gözə pis təsir edir. Günəş eynəyi həm külək, həm də toza qarşı mexaniki maneədir. Həmçinin göz ətrafındakı nazik dəri toxumalarını da qoruyur. Ancaq eynəyin mütləq keyfiyyətli olmasına diqqət edin.
5. Gözlərə istirahət verin. Kompüterdən istifadə edərkən gözü normadan daha az qırpırıq. Belə ki, dəqiqədə 10-15 qırpma sayı, kompüter qarşısında 5-6-ya düşür. Bu da göz səthinin buxarlanmasını artırır. Bunu kondensioner və quru hava müşayiət etdikdə gözdə quruluq problemi artır. Saatda 3 dəfə ekrandan uzaqlaşaraq  20 saniyə uzaq bir nöqtəyə  baxın.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri