Yeməkdən əvvəl və ya su içsəniz faydaları

Müəllif: Qlamurr
Şərhlər: 8
Baxılıb: 2 575
Səs ver:
(səs: 1)
Gündəlik həyatda bəzən başımız müxtəlif işlərə o qədər qarışır ki, su içməyi də unuduruq. Müxtəlif içkilər, çay, qəhvə kimi mayelər isə əsla suyun yerini vermir. Hər kəs sağlamlığı naminə su içməyi gündəlik həyatının ayrılmaz hissəsinə çevirməlidir.
Yatmazdan əvvəl 1 stəkan Rahat və keyfiyyətli yuxu üçün daxili orqanlarınızın "həyəcan təbili" çalmaması vacibdir. Susuz qalan daxili orqanlar təhlükə siqnalı alır. Dolayısı ilə yatmazdan əvvəl daxili orqanları sərinlətmək vacibdir. Qışda isti su Maye ehtiyacınızın ən az olduğunu düşündüyünüz mövsümdə daha çox çay və qəhvə kimi isti mayelərə ehtiyac hiss edirik. Sağlam immunitet sistemi üçün su içməniz vacibdir. İstəsəniz, suyu isti, ya da ilıq halda içə bilərsiniz. Soyuq havalı günlərdə isti su içinizi isidəcək. İmmunitet sisteminizi su ilə qoruyaraq qışda soyuqdəyməyə qarşı müqavimətinizi artıra bilərsiniz. Yaz-yay aylarında 2 litr Orta hesabla gün ərzində 1,5-2 litr su içmək lazımdır. Yaz-yay aylarında sağlamlığınızı qorumaq üçün tər və sidiyə çıxan suyun yerini yenidən su içməklə bərpa etməlisiniz. Yay aylarında, xüsusən də günəş altında 2 saatdan çox qaldıqda 2-2,5 litr su içməlisiniz. Yuxudan oyanan kimi bir stəkan su için Bütün gecə yuxu müddətində itirdiyiniz suyun yenidən bərpa olması vacibdir. Bu, həm zehninizin, həm də daxili orqanlarınızın oyandığınızı anlaması və özününüzü yeni bir günə hazır hiss etməniz üçün lazımdır. Buna görə yuxudan oyanan kimi mütləq bir stəkan su için. İdman vaxtı İdmandan əvvəl və sonra maye qəbuluna məhdudiyyət qoyulmamalıdır. Məşqlər arasında 15-20 dəqiqəlik fasilədə ən azı bir stəkan su içmək hər zamankından artıq işləyən əzələləriniz üçün həyati əhəmiyyət daşıyır. Yeməkdən əvvəl və sonra Yeməkdən əvvəl bir stəkan su içdikdə yemək vaxtının gələcəyini bilən zehnin aclıq hissinin qarşısını alır. Bu hal isə arıqlamaq üçün idealdır. Yeməkdən sonra bir stəkan su içmək isə yeməklə bərabər qəbul edilən duzun bədəndən xaric edilməsini təmin edir. İş vaxtlarında Su içməyi ən çox unutduğunuz və ya su yerinə daha ləzzətli alternativləri üstün tutduğunuz vaxtlardan biri də iş zamanıdır. İş görən zaman tez-tez çay və ya qəhvə içirik. Lakin bunların heç biri suyun yerini vermir. Buna görə də masanızda və ya gözünüzün görə biləcəyi yerdə mütləq su dolu qab saxlayın. Su işlədiyiniz vaxtı zehninizin hər zamankından daha açıq olmasını təmin edir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri