Yaz təmizliyi necə edilir

Müəllif: ulduz
Şərhlər: 2
Baxılıb: 2 001
Səs ver:
(səs: 1)
Yaz təmizliyini düşünmək belə başınızı ağrıtmağa kifayətdirsə, deməli, bu işi sürətləndirəcək bir rəhbərə ehtiyacınız var. Praktik, vaxt qazandıran bir neçə məsləhətlə evinizi sürətli bir şəkildə təmizləyə bilərsiniz.

İş bölgüsü mühümdür
Vaxtınızın çoxunu uşaqlarınızın tör-töküntüsünü yığışdırmaqla keçirirsiniz. İndi isə sıra onlardadır, kömək etməyə məcburdurlar. Onlara sadə, öhdəsindən gələ biləcəkləri işlər tapşırın. Məsələn, tozları ala, yerləri silə, zibili ata bilərlər. Daha böyük uşaqlar isə vanna otağını təmizləyə və tör-töküntünü yığışdıra bilərlər.

Yuma işləri
Həmişə yuduğunuz şeylərdən danışmırıq, arada yuyulanlara nəzərdə tuturuq. Yastıq üzləri, süfrələri, pərdələri yumaq ağır bir iş kimi görünür, elə deyilmi? Əslində isə elə deyil. paraşoq və gel ilə yuxarıda sadalananların hamısını asanlıqla yuya biləcəksiniz. Birinci elə məhz bu işinizi görün, digər işlərinizlə məşğul olarkən paltaryuyan maşın problemi həll etmiş olacaq. Yuyub qurutduğunuz süfrələriniz is evinizin təmizlik hissini artıracaq. 

Mebellərin yerini dəyişin
Yaz təmizliyi evi təravətləndirmək üçündür. Bunun ən radikal yolu da əşyaların yerini dəyişməkdir. Stulların və kresloların yerini dəyişin. Mümkündürsə, otaqların da avadaqlarını dəyişdirə bilərsiniz. Beləliklə, təptəzə bir eviniz olacaq. Dəyişikliklər bitdikdən sonra evinizin havasını dəyişdirin, onu pis qoxulardan azad edin. Bununla evinizə yeni təravət qazandırmış olacaqsınız.

Son işlər
Təmizliyi bitirdiniz? Növbə güllərdədir. Mövsümü güllərdən bir buket düzəldib qonaq otağının görünən bir hissəsinə qoyun. Girişi və vanna otağını da güllərsiz qoymayın. Bu, evinizin havasını dəyişdirməyin ən asan və sürətli yoludur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 001
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri