Sınmış termometr niyə təhlükəlidir?

Müəllif: ulduz
Şərhlər: 7
Baxılıb: 9 834
Səs ver:
(səs: 2)
Biz bədən hərarətinin ölçülməsi üçün əksər hallarda civəli termometrdən istifadə edirik. Bu termometrlər çox dəqiq sayılır.

Lakin onların mənfi cəhəti də var - bu termometrlər çox asan sınır. Nəticədə termometrin içərisində olan civə çölə axır. Civə və onun birləşmələri insanın sağlamlığı və həyatı üçün çox ziyanlıdır.

Məhz bu səbəbdən Avropa ölkələrində civəli termometrlərdən çoxdan istifadə olunmur.

Termometrdən tökülmüş civə dərhal buxarlanmağa başlayır. Bu buxar isə insan orqanizmi üçün çox təhlükəlidir. İlk növbədə civə neyritoksik xüsusiyyətlərə malikdir. Bu o deməkdir ki, civə sinir hüceyrələrini dağıdır. Həmçinin civə ağciyərləri, ürəyi, həzm sistemini zədələyir.

Civədən kəskin zəhərlənmə zamanı insanda intoksikasiya əlamətləri meydana çıxır: zəiflik, iştahasızlıq, baş ağrısı. Həmçinin bu kimi simptomlar da inkişaf edir:

- udma zamanı ağrı

- ağızda metal dadı

- ağız suyunun axması

- damaqların şişməsi və qanaması

- ürəkbulanması və qusma

- güclü qarın ağrıları

- ishal (bəzən qanlı ishal).

Ağır hallarda bir neçə gündən sonra insan həlak ola bilər.

Lakin mütəxəssislər vurğulayır ki, belə simptomlar yalnız civənin çoxlu miqdarda orqanizmə daxil olunması zamanı mümkündür.

Civəli termometrin içərisində 2 ml civə var. Bu miqdar insan üçün təhlükəli deyil və kəskin zəhərlənməyə səbəb ola bilməz. Lakin nəzərə almaq lazımdır ki, civə orqanizmdə yığılmaq xüsusiyyətinə malikdir. Bu səbəbdən termometrin sınmasına etinasız yanaşmaq olmaz (xüsusilə evdə kişik yaşlı uşaqlar olduqda).

Dağılmış civəni müəyyən qaydada yığmaq (skotç istifadə olunur), otağın pəncərəsini açmaq, istilik sistemlərini (kondisioner, soba və s.) söndürmək lazımdır (isti otaqda civə daha tez buxarlanır). Ən əsası isə Fövqəladə Hallar nazirliyinin 112 xidmətinə zəng edib civənin dağılması barədə xəbər vermək lazımdır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 9 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri