Hansı kosmetik vasitələr soyuducuda saxlanmalı?

Şərhlər: 4
Baxılıb: 1 855
Səs ver:
(səs: 2)
Çoxumuz kosmetik vasitələrimizi əriməkdən, xarab olmaqdan qorumaq üçün soyuducuda saxlayırıq. Amma bu şokoladlarda olduğu kimi, heç də yaxşı nəticə verməyə bilir. Çünki əslində otaq istiliyində olmalı vasitələr soyuqla birləşəndə dəyişiklik baş verir. Amma bəzi vasitələri soyuducuda saxlamaq həm onların təsir etmə dərəcəsini artırır, həm ömürləri uzanır, həm də ki, dəri özünü yaxşı hiss edir. İndi isə Foxy sənə soyuducuda saxlanmalı olan vasitələrdən yazır.Soyuducuda saxlanması lazım olan kosmetik vasitələrin başında dəriyə qulluq vasitələri gəlir. 

Əksəriyyət dermotoloqlar düşünür ki, kremlər üzə soyuq halda tətbiq ediləndə daha faydalıdır. Bu zaman dəri soyuq kremlə təmasda olur və nəticədə onun rahatlaması daha asanlaşır. Xüsusilə, sızanağa qarşı istifadə olunan vasitələri soyuducuda saxlamaqla onların təsir etmə gücünü artırmaq mümkündür. 
Daha sonrakı yerlərdə isə gel tərkibli qulluq vasitələri, gözətrafı kremlər durur ki, onları soyuducuda da saxlamaq daha faydalıdır. Gözətrafında tətbiq olunan kremlər şişkinliyi azaldır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri