Çanta alarkən nəyə diqqət etmək lazımdır?

Şərhlər: 4
Baxılıb: 2 962
Səs ver:
(səs: 2)
İş qadınlarının və ev xanımlarının üstünlüyü daha çox içinə hər şeyi sığışdıra biləcəyi çantalar olur. Hündürdaban ayaqqablarla isə kiçik çantalara xanımlar üstünlük verirlər. Çanta seçdiyiniz zaman mütləq özünüzə bu sualı verin: "Çanta alarkən nəyə diqqət etməliyəm?”

Çanta ölçüləri
İlk öncə alacağınız çantanın ölçüsü sizin üçün rahat olub-olmadığına diqqət etməlisiniz. Ehtiyacınız olan hər şeyi çantanıza sığışdıra bilməlisiniz.
Qadınlar yetkinləşdikcə çantaları da onlarla birlikdə böyüyür. Çanta ölçüləri geyiminiz və gedəcəyiniz məkanlarla əlaqəsi olmalıdır. Toya getdiyimiz zaman  özümüzlə yeke çanta götürmərik, elə deyil?

Çantanın "bölmə”ləri
Qadınlar adətən çantalarında axtardıqlarını asan tapa bilmirlər. Həm çantalarına çox şey qoyduqları üçün, həm də çantalarındakı "bölmə”lər yetərsiz olduğu üçün ev açarını tapmaq qadınların xeyli zamanını alır.
Əgər dağınıq çantaya sahibsinizsə, çoxlu bölmələri olan çantalar istifadə edin və əşyalarınızı çantanın "bölmə”lərinə yerləşdirin. Bu zaman telefonunuz zəng etdiyi zaman asanlıqla tapa biləcəksiniz  

Çanta materialı
Çanta seçdiyiniz zaman diqqət etməniz lazım olan nüanslardan biri də materialdır. Daha keyfiyyətli materialı olan çantanı daha uzun müddət istifadə etmək mümkündür.  Parça çantaları yaz və ya yay aylarında istifadəsi idealdır. Tez çirklənməyinə baxmayaraq qolunuza yapışıb sizi tərlətməyəcək.

Çantanın rəngi
Çantanızın rəngi də təbii ki, çox önəmlidir. Əgər daha çox istifadə etmək istədiyiniz çanta istəyirsinizsə, qarderobunuzda hansı rəngin üstünlük təşkil etdiyinə fikir verərək seçim edin. Narıncı, çəhrayı və ya yaşıl kimi rənglərdə olan çantalar bəzi kombinlərinizi zənginləşdirsə də gündəlik istifadəsi mümkün deyil. Gündəlik istifadə üçün isə bej, boz və ya qara rənglərə üstünlük verin.

Çanta alarkən nələrə diqqət etməlisiniz?
Stilinizə uyğun olmayan parçaları bəyənə bilərsiniz, ancaq onlar gündəlik istifadə üçün uyğun olmayacaq. Buna görə də geyimlərinizə uyğun olan çantaya üstünlük verin. İş üçün isə  daha ciddi modelə üstünlük verin, həftə sonu cins və t-şört kombinlərinizlə isə əyləncəli modelləri seçin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri