Çiçəklər evinizin havasını dəyişdirəcək

Şərhlər: 6
Baxılıb: 2 066
Səs ver:
(səs: 1)
Evlərinizi çiçəklərlə dekorasiya etdiyiniz zaman havasını tamamilə dəyişdirə bilərsiniz.  Foxy”nin sizə çiçəklərinizi dekorasiya etmək üçün bəzi məsləhətləri var Bağçanızdan topladığınız və ya aldığınız qısa saplı çiçəklər böyük vazolarda aşağıya doğru qaça bilər və digər çiçəklərin arasında əzilir. Bu qısa saplı çiçəkləri böyük vazolara qoymaq əvəzinə keramik fincanlardan istifadə edə bilərsiniz. Fərqli və dekorativ görünəcəyinə əmin ola bilərsiniz.

Çiçəklərinizin uzun saplarını qısaltdığınız zaman necə kəsdiyinizə diqqət edin.  Çiçək qayçısı və ya iti bıçaq istifadə edərək çiçəklərin budağını 45 dərəcə bucaq altında kəsməlisiniz.

Açılmamış qönçələrin açması üçün saplarını kəsdikdən sonra çiçəklərinizi əvvəlcə ilıq suya sonra soyuq suya qoyun.  İlıq su dolu vazoda çiçəklərinizi 1 dəqiqə saxladıqdan sonra soyuq su dolu vazoya qoyun və 20 dəqiqə burda saxlayın.

Çiçəklərinizi vazoya qoymamışdan qabaq vazodakı suya bir neçə damcı vodka və bir çay qaşığı şəkər qarışdırıb töksəniz çiçəkləriniz daha uzunömürlü olacaq. Çiçəkləriniz solmağa başladıqda isə suya vodka əlavə edə bilərsiniz. Beləcə çiçəkləriniz 2 gün daha çox qalacaq. 

Orkide son dərəcə zərif çiçəklərdir və gündəlik su ehtiyacları digər çiçəklərə nisbətdə olduqca azdır. Gündə bir buz kupu dibçəyinizə qoyaraq su problemlərini həll edə bilərsiniz.

Güllərinizi qoyduğunuz vazoları limon və portağal dilimləri ilə bəzəyə bilərsiniz. Bunu etmək üşün biri böyük, biri kiçik iki saxsı vazonu iç içə yerləşdirin və arada qalan boşluğa limon dilimləri yerləşdirin, su ilə doldurun. İçəridə olan kiçik vazonu su ilə doldurun və içərisinə çiçəklər qoyun.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri