"Yox”
bir söz olaraq nə qədər bəsit səslənsə də, olduqca güclü kəlmədir. Yox
deyə bilməmək isə, bir çox insanın ortaq problemidir.
Yox
deyə bilmək vaxtınızı və enerjinizi səmərəli şəkildə istifadə etməyə
imkan verir. Çünki istəmədiyiniz şeylərə "xeyr” deyə bildiyinizdə,
enerjinizi sizin üçün daha əhəmiyyətli olan şeylər üçün istifadə edə
bilərsiniz. Bu gün biz də məhz bu problemin həllində sizə kömək etməyə
çalışacağıq. Beləliklə, yox deməyi öyrənmək vaxtıdır.
1. İlk əvvəl qarşınızdakı insanı yumşaldın, daha sonra istəyinizi bildirin.
Xeyr demək
istədiyinizdə, qarşınızdakı insanın bu sözünüz qəbul etməsi üçün
abu-havanı yumşaltmağınız tələb oluna bilər. Bu cür vəziyyətlərdə
aldığınız təklifin sizi nə qədər qürurlandırdığını və məmnun etdiyini
demək kifayət olacaq və yerinə düşəcəkdir. Daha sonra isə, "vaxtım
yoxdur” kimi təklifi və ya tövsiyəni qəbul etməmək səbəbinizi dilə
gətirmək, xeyr demək üçün ehtiyacınız olan yolu açacaq.
2. Mövzuyla əlaqədar hisslərinizi dilə gətirin.
Əgər inadçı biriylə qarşı-qarşıyasınızsa, qarşınızdakının sizin
səbəblərinizi görməzlikdən gəlməsi halları yaşana bilər. Bu halda etməli
olduğunuz şey səbəblərinizlə birlikdə, yox deməyinizə səbəb olan
hisslərinizi də dilə gətirməkdir. Məsələn, "çox məşğulam və hə desəm,
özümü günahkar hiss edəcəyəm” kimi cümlələr sizin köməyinizə çata bilər.
Hisslərinizi ifadə etməyiniz qarşınızdakının məsələyə sizin
tərəfinizdən baxmasını və sizi başa düşməsini təmin edəcək.
3. Özünüzə inanın.
Əgər
özünüzə kifayət qədər dəyər vermirsinizsə, vaxtınız da o qədər dəyərli
deyil. Ancaq özünüzə olan güvən və hörmət hissi artdıqca, yox demək də
asanlaşacaq. Çünki bu halda, vaxtınız və enerjiniz hər hansı bir şeyə hə
deyərək, xərcləməyəcəyiniz qədər dəyərli olacaqdır. Özünə inamın yüksək
olması, özünüzü başqalarının sizi təkid etmək üçün istifadə etdiyi,
günahkarlıq hissi və sair neqativ yollardan qorumağınızı təmin edəcək.
4. Niyə yox dediyinizi yadda saxlayın.
Yox
deməyə qərar verdiyinizdə, niyə xeyr dediyinizi düşünün və
özünüzə xatırladın. Məsələn, yox dediyiniz halda, sizə qalacaq vaxt və
enerjiylə nə edəcəyinizi düşünün, özünüzə və ailənizə ayıra biləcəyinin
zamanı fikirləşin. Daha faydalı seçimlərin olduğunu düşünərək, özünüzü
bu yöndə motivasiya etmək də xeyr deməyin çətinliyini azaldacaqdır.
5. Motivasiyanızı yüksək tutun.
Hansı
yolu seçirsinizsə seçin, özünüzə necə motivasiya verirsinizsə verin,
bəzən yox demək mümkün olmayacaq. Lakin yox deməyi öyrənmək
istəyirsinizsə, bu halların sizi ruhdan salmasına icazə verməməlisiniz.
Əks təqdirdə, xeyr deməyi bacardığınızda da özünüzə inam və motivasiyanı
itirmiş olacaqsınız. Bunun əvəzinə nail olduqlarınıza fokuslanın.
Normal hallarda yox deməyəcəyiniz bir şeyə də demiş olsanız, bu artıq
nailiyyətdir. Çünki yox demək, şəxsi inkişafınızın göstəricisidir.