Kosmetik vasitələr

Müəllif: ulduz
Şərhlər: 2
Baxılıb: 1 895
Səs ver:
(səs: 1)
Dekorativ kosmetika kimi heç nə qadını cazibədar göstərə bilməz. Müxtəlif kosmetik vasitələrlə, onlardan düzgün istifadə etməklə hər xanım təbii gözəlliyini vurğulaya, qüsurunu gizlədə bilər. Qadınların çoxu kosmetikadan gündəlik istifadə edir: pomada, tonal krem, tuş-hər bir qadın çantasının ayrılmaz yoldaşıdır.
Kosmetika gün ərzində üzdə qalır, bir çoxları isə onu yatanda belə silmir, ona görə də dərimizin vəziyyəti və sağlamlığı hansı kosmetikadan istifadə etdiyimizdən bir başa asılıdır. Bəs dekorativ vasitə seçimində nələrə diqqət etməliyik?

*Dərinizdə qızartı və səpkidən uzaq olmaq istəyirsinizsə, nəyə qarşı allergiyanızın olduğunu dəqiq bilməlisiniz. Əgər bu dəhşətli söz sizə yaddırsa yaxşıdır, əgər allergiyanız varsa, onda hər yeni vasitənin tərkibini diqqətlə öyrənməlisiniz.
*İstifadə müddəti önəmli rol oynayır.
*Dekorativ vasitələrdə faydalı maddələrin miqdarına diqqət yetirin: E vitamini, aloye geli, çobanyastığı ekstraktı, kalendula və rozmarin; qialuron turşusu, skvalin, avokado və jojoba yağı.
*Dekorativ vasitələr dəri və ümumilikdə orqanizminiz üçün təhlükəsiz olmalıdır. Məhz bu xüsusiyyətlərinə görə bu gün rəqabət böyükdür. Axı dekorativ kosmetika qadını gözəlləşdirməklə bərabər, sağlamlığını da qorumalıdır. Almamışdan əvvəl mütləq vasitəni dərinizin kiçik hissəsində yoxlayın, əgər əks reaksiya yoxdursa alın.

Yaxşı tonal vasitə dərinin qüsurlarını örtmək və hamar ton verməklə yanaşı, zərərli günəş şüalarından qorumalı, qocalmanı az da olsa ləngitməli, dərinin nəfəs almasına yardım etməlidir.Tonal vasitə seçərkən tərkibində gündənqoruyan filtrlərin, qialuron turşusunun olmasına fikir verin.

TUJ. Nəzərə alın ki, suyadavamlı tuJun tərkibinə müxtəlif əlavələr daxil olur ki, onlar da kirpiklər üçün faydalı deyil. Ona görə də tərkibində təbii yağ və vitamin olan adi tuşa üstünlük vermək yaxşıdır. Belə tuj kirpikləri həm uzadır, həm də qidalandırır

POMADA. Dodaq boyası nəinki dodaqlara rəng verir, həm də gün ərzində biz onu "yeyirik”. Ona görə də təbii komponentli pomadaya üstünlük verin. Belə ki, avokado, jojoba yağı və E vitamini çatları sağaldır, kalendula, çobanyastığı və aloye vera ekstraktı isə antiseptik, antioksidant, nəmləndirici effektə malikdir. Pomadanın üzərində aşağıdakı təyinatlar olur:
Creame və ya creme-yağ və mumla zəngin pomadadır, soyuq havada dodaqları əla qoruyur. Nəmlik və təravət effekti verir, optimal dərəcədə parıltılı və mat olur.
Satin-atlaz. Çox yağlı pomada olmasa da, dodaqları yaxşı nəmləndirir.
Mate-mat. Belə pomadanın əlvan çalarları diqqəti cəlb edir, amma dodaqda quruluq hissi yaradır. Tərkibində rəngləyici piqmentlər olur ki, onu vurduqdan bir neçə dəqiqə sonra buxarlanır. Nəticədə dodaqda rəngli plyonka qalır

Frost-sədəfli pomada. O, 60-70-ci illərdə populyarlığın zirvəsində idi. İndi yenidən dəbə qayıdır.
Sheer-şəffaf pomadadır, təbii makiyajı sevən hər bir xanımın sevimlisidir. Onun funksiyası nəmləndirmə, günəşdən qoruma, parıltı verməkdir. Amma rəngi demək olar ki, yoxdur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 895
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri