Ağzı açıq yatmaq dişləri çürüdür

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 383
Paylaş:
Səs ver:
(səs: 1)
Yatarkən ağzın açıq qalması ağız quruluğuna səbəb olur və bu da dişlərə mənfi təsir edir.
 
Araşdırma rəhbəri Joanni Çoin bildirib ki, yatarkən ağızdan nəfəs almaq turşu miqdarını artırır və  beləcə diş sağlamlığına mənfi təsir edir. Ağız boşluğunda quruluğun dişlərə mənfi təsiri olduğunu anlamaq üçün əvvəlcə tüpürcək ifrazına diqqət yetirmək lazımdır.
 
Tüpürcək dişlərin təmiz qalmasını təmin edir
Türkiyəli diş həkimi Pertəv Kökdəmir yatarkən ağızdan nəfəs almağın diş sağlamlığına təsiri barədə açıqlama verib. O bildirib ki, tüpürcək ağzı nəmli saxlayır, qidanın parçalanmasına və rahat udulmasına kömək edir, eyni zamanda əhəmiyyətli bir ağız təmizləmə vasitəsidir: "Tüpürcək dişlərin və dilin təmiz qalmasını təmin edir. Ancaq bu vəzifələrdən başqa bir xüsusiyyəti var. Dişlərimizin sərt maddəsi hidroksiapatit kristalından ibarətdir. Duz kristalları suyun özünəməxsus xüsusiyyətləri sayəsindəhəll olunur. Əgər tüpürcək olmasaydı, diş minası çürüməyə məruz qalacaqdı. Çünki seliyin içərisindəki ionlar kristal boşluqları dolduraraq mina qatının aşınmasının qarşısını alır".
 
Turşuların yığılması diş daşına səbəb olur
 
Ağzı açıq yatmağın digər mənfi cəhəti isə ağızda turşu miqdarını artırmasıdır. Bunun da nəticəsində diş daşlarının yaranması sürətlənir. Beləcə mina təbəqəsi də zəifləyir.
Ağız quruluğunun qarşısını alan  6 üsul
 
Bəs ağız quruluğunun qarşısını almaq üçün necə tədbirlər görməliyik? Diş həkimi Pertev Kökdəmir bu suala belə cavab verib:
 
Gün ərzində və ya gecə bol su istehlak etmək;
Kofein və spirtli içkilərdən uzaq durmaq;
Şəkərsiz saqqız çeynəmək;
Həkiminizin tövsiyə etdiyi süni tüpürcək həblərindən istifadə etmək;
Gündə 2 dəfə ftorlu diş məcunu ilə dişləri yumaq;
Qıcqırmış  karbohidrat tərkibli qidaları azaltmaq:
Ümumiyyətlə, dişlərə düzgün qulluq hər cür riski azaldır.

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 383
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Cindrella
Gulmeyi cox sevdiyimden dislerime ve agiz baximina xususi onem gosterirem.Agzi aciq hec vaxt yatmamisam.
6 iyul 2016 23:21
6
Offline
vipbetul
maraqli melumat oldu
6 iyul 2016 15:54
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
bunu ilk sefediki ewidiremm.tewekkurler maraqlı oldu oxumaq .öryenmek
6 iyul 2016 15:34
4
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
Kölge
Maraqli idi tşk..........
6 iyul 2016 14:32
3
Her şeye gore şukur
Offline
Gülüş.
maraqli melumatlardi .agzi aciq yatmagin bu qeder zererli oldugunu bilmirdim
6 iyul 2016 14:13
2
Offline
BARBI
Agzi aciq yatmaq cox zererlidir. Agzi aciq yatmaq bir xesteliyin xebercisidir
6 iyul 2016 10:24
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook