Bu mikroblar plastik kütlə ilə qidalanır

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 156
Səs ver:
(səs: 1)
Yapon tədqiqatçılar qrupu plastik kütlə yeyən bakteriyalar kəşf ediblər
Bu bakteriyalar artıq bütün dünya üçün təhlükəyə çevrilməkdə olan plastik butulkaların məhv edilməsində əvəzedilməz rol oynaya bilər. Çox möhkəm plastik kütlədən hazırlanan bu butulkalar parçalanmadığına görə, planetimiz üçün böyük təhlükə hesab olunur.
 
Bu kəşf təkrar istifadəyə yaramayan plastik butulkaların məhv edilməsinə ümidləri artırıb. Beynəlxalq İqtisadi Forumun məlumatına görə, hər il 342 milyon ton belə butulka istehsal olunur və bunun yalnız 14 faizi təkrar istifadə üçün toplanır. Yeni kəşf edilən mikroblar polietilentereftalatla qidalanmağı çox sevir.
 
Kioto Texnoloji İnstitutunun tədqiqatçıları güman edirlər ki, həmin bakteriayalardan səmərəli istifadə plastik tullantıların məhv edilməsində mühüm rol oynaya bilər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri