Gərgin
iş qrafiki, çoxlu enerji sərf etmək və yuxusuzluq kimi cəhətlər insanın
yorulmasına imkan yaradır. Yorğun insan isə, həyatda uğurlu nəticələr
əldə edə bilmir. Bu səbəbdən də, gəlin sizi gün boyu gümrah saxlaya
biləcək məhsullarla tanış olaq:
1. Badam
Bu balaca çərəzin tərkibində bitki
mənşəli zülallar vardır və onlar sayəsində qanda şəkərin səviyyəsi
normal olur, piy nəzarəti ələ alınır. Hər səhər badam yemək sizi gün
boyu gümrah saxlayar.
2. Qızıl balıq
Omega 3 maddəsi ilə zəngin olan bu
balıq növü beyin və sinir hüceyrərinin sağlamlığını dəstəkləyir.
Tərkibindəki faydalı yağlar insanda idrak problemlərinin azalmasına
kömək edir.
3. Sitrus meyvələri
Portağal və qreypfrut kimi sitrus
meyvələri C vitamini ilə zəngindir. Bu səbəbdən də, beyində oksigen
miqdarını artırır və enerjini yüksəltməyə imkan verir.
4. Giləmeyvələr
Qaragilə, moruq və çiyələk kimi
bir çox meyvələr enerji mənbəyidirlər. Onların daxilində olan liflər
insan bədəninə olduqca faydalıdır və qanda olan şəkər miqdarını
azaltmağa kömək edir. Bunun sayəsində insan yorğunluqdan uzaq olur.