Novruz yumurtalarının kreativ boyama üsulları

Şərhlər: 7
Baxılıb: 3 019
Səs ver:
(səs: 2)
Novruza artıq sayılı günlər qalıb. Şirniyyatlar bişirilib, bayram tədarükü görülüb, müxtəlif Novruz ornamentlərilə xonçalar bəzədilir. Novruzun ən sevilən simvollarından biri də boyanmış yumurtalardır. Xüsusilə də, uşaqlar arasında.  Müxtəlif cür bəzədilmiş yumurtalar Novruz xonçasına yaraşıq verir. Fürsətdən istifadə edib ayram qabağı xonçanızı daha da gözəl etmək üçün evdə yumurta bəzədilməsi üsullarını təqdim edirik.

Lazım olanlar
12 ədəd ağ yumurta
12 ədəd kök, 1 sm qalınlığında dilimlər halında doğranmış
5 ədəd çuğundur, 1 sm qalınlığında kub şəklində doğranmış
1 ədəd qırmızı kələm, doğranmış
1 dəstə ispanaq, doğranmış
5 x.q. pulbibər
2 x.q. bitki yağı
1 və ½ stəkan ağ üzüm sirkəsi
Duz

¼ saplaq cəfəri, keşniş, nanə kimi göyərtilərin yarpaqları
2 cüt neylon corab, 6 sm boyunda kəsilir (təxminən 6 ədəd belə corab hissəsi alınır)

Yumurtanı geniş qabda bişirmək lazımdır, çünki boyayərkən problem yaranmasın, hamısı tam halda boyansın. Geniş qab daha çox su tutur, yumurtaların üstünü tam şəkildə örtür. Hər bir boya üçün də ayrıca geniş qab lazımdır. Boyanı əlavə edərkən daha çox duz səpin.

Narıncı boya əldə etmək üçün 5 stəkan su ilə dolu olan geniş qazana 1 sm qalınlığında dilimlər halında doğranmış kök əlavə edilir. 1 ç.q. pulbibər və duz da əlavə olunub yaxşıca qarışdırılır. Orta istilikdə 1 saat bişirilir. 
Göy rəngli boya əldə etmək üçün 5 stəkan su ilə dolu olan geniş qazana kələm və 1 ç.q. duz əlavə edilir. Orta istilikdə 1 saat bişirilir.

Çəhrayı boya üçün isə 5 stəkan su ilə dolu geniş qazana kub formasında doğranmış çuğundurları və 1 ç.q. duzu əlavə etmək lazımdır. Yaxşıca qarışdırıb, qazanın qapağını kip bağlayıb orta istilikdə 1 saat bişirmək lazımdır.
Yaşıl boya əldə etmək üçün də 5 stəkan su ilə dolu geniş qazana doğranmış ispanaqları və 1 ç.q. duzu əlavə edib 1 saat yaxşıca bişirilir.

Daha sonra alınan boyalı suları başqa kasalara süzün. Tərəvəzləri tullayın. Sonra kasalardakı sulu boyaları yenidən qazanlara sayaraq tökün. Hər boyalı qazana da 3 ç.q. ağ üzüm sirkəsi əlavə edin. 30 dəqiqə boyaların soyumasını gözləyin. 
Sonra bir parça dəsmal və salfetlə yumurtaların hamsının qabıqlarına sirkə çəkin. Yumurtaların üzərində bəzəkli formalar olsun deyə keşniş, nanə yarpaqlarından hansını istəsəniz yumurtanın üzərinə qoyun, sonra bitki yağından həmin qoyduğunuz yarpaqların üzərinə çəkin. Hazır yumurtaları əvvəlcədən kəsilmiş corab hissəsələrinin içərisinə yerləşdirin. Əlinizlə bitki əzilərsə düzəldin. Sonra corabların baş hissələrini bağlayın ki, yumurta içindən çıxmasın. Bu prosesi bütün yumurtalarda təkrar edin. 

Bu proses bitdikdən sonra hər boya qazanına 3 ədəd yumurta qoyun və diqqət edin ki, sulu boya yumurtaların hər tərəfini əhatə etsin. 10 dəqiqə orta istilikdə bişirin və 15 dəqiqə soyuduqdan sonra yumurtaları boyadan çıxarın. Çuğundur boyasından başqa digər tərəvəzlərlə boyanmış yumurtaları bir gecə saxlayın ki, boyalar tam tutsun. Çuğundurla boyanmış yumurtanı isə 1 saat buzxanada saxlamaq lazımdır. Onların daha parlaq və tünd çəhrayı olmasını istəsəniz bir gecə də, digər yumurtalarla saxlaya bilərsiniz. Qeyd edək ki, əgər səhər tezdən yumurtalarınızı boyayacaqsınızsa 6 və ya 8 saat sonra onların tam boyanmasını yoxlaya bilərsiniz. 

Yumurtaları corablardan çıxardın, ehtiyyatla göyərti yarpaqlarını götürün və quru bezin üzərində 1 saat qurumağa qoyun. Quruduqdan sonra yumurtaları xonçaya qoyarkən onların daha parlaq və tünd rəngli olması üçün üstlərinə nazik qat salfetlə bitki yağı çəkin.

Qeyd: Bu yumurtaları soyuducuda saxlamaq olmaz.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri