Yaddaşı qorumaq və İQ-nü artırmağın sadə yolları

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 2060
Səs ver:
(səs: 1)
Gərgin iş tempi, stres, gündəlik həyatın monotonluğundan icra edilməsi vacib olan bəzi şeyləri unuduruq. Hətta bəzən bu vəziyyət ən yüksək həddə çatır.

Unutqanlığın qarşısını almaq üçün nələr etmək lazımdır?

Son illərdə "Bu aralar tez-tez unuduram” ya da "unutmuşam” sözləri ilə daha çox qarşılaşırıq. Xüsusilə də, gərgin və stresli həyat tərzi olanlar və bir neçə işi bir arada görməyə çalışanlar gün ərzində bir çox şeyi unudur. Ancaq işləri nizamlı şəkildə yerinə yetirmək və gələcəkdə demensiya(ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin dərəcədə itirilməsi) kimi ciddi xəstəliklərlə üzləşməmək üçün yaddaşı gücləndirmək lazımdır.
Siqaret çəkmək ağciyər, ürək-damar xəstəlikləri ilə yanaşı yaddaş zəifliyi və ümumi idrak bacarıqlarında azalmaya səbəb olur. Əgər qidalanma azalırsa, beyin gücü də azalır. Ona görə də sağlam qidalanmaq vacibdir. Nizamlı olaraq idman etmək sağlam həyat tərzinin bir parçasıdır. Bunun səbəbi idman edərkən beyinə gedən oksigen miqdarının artması və yeni beyin hücrələrinin yaranmasıdır.

Klassik musiqi dinləyin.
Araşdırmalar klassik musiqi dinləyən 6-8 yaş arası uşaqların İQ-sünün yaşıdlarına görə 2-3 bal artdığını göstərir. Bundan əlavə, mütəmadi olaraq klassik musiqi dinləyən insanlar digər növ musiqi dinləyən insanlara nisbətən yaddaş testlərində daha uğurlu nəticə göstərir. Beyini inkişaf etdirmək üçün beyini işlətmək lazımdır. Məsələn: sosial həyatdan uzaqlaşmamaq, krasvord həll etmək, şahmat oynamaq və kitab oxumaq kimi amillər beyini işlətməyə yardım edir. Həmçinin yeni bir dil öyrənmək və ya yeni bir hobbi də faydalı ola bilər. Lakin mühüm olan bütün bunları davamlı olaraq etməkdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri