Su girdi qaba, oldu içməli

Şərhlər: 6
Baxılıb: 2 797
Səs ver:
(səs: 3)
Gün ərzində orqanizmdə lazım olan maye çatışmazsa ölə bilərik. Havalar soyuyur, qış gəlir deyib daha az maye qəbul etməyin. Orqanizmdə maye çatışmamazlığı zamanı ürəkbulanma baş verir, üzün rəngi dəyişir, hüceyrələr məhv olur. Əvvəlki yazımızda gün ərzində nə qədər maye qəbul edilməlidir haqda yazmışdıq. 

1% - orqanizmdə 1% maye çatışmayanda su içmək istəyirik.
2% - bu miqdarda susuzluq halı baş verdikdə narahatlıq hiss edə, iştahanız küsə və iş qabiliyyətinizi 20% itirə bilərsiniz. Ağızda quruluq yaranır, nəfəsdən xoşagəlməz qoxu gəlir.
4% - maye çatışmazlığında ürəkdə bulanma olur, baş gicəllənir, emosional pozğunluq halları baş verir. Bu zaman insan özünü fiziki olaraq həddindən artıq yorğun hiss edə bilir. Susuzludan əziyyət çəksəniz də, demək olar ki, su içmək istəmirsiniz bu zaman. 
6% - susuzluq halında sifətin rəngi dəyişərək pis görünür, başınız fırlana bilir. Bu zaman aqressivləşmə baş verir və əlaqəsiz danışmağa başlayırsınız.
10% - maye çatışmazlığı olanda digər əlaməntlərlə yanaşı bədən istiliyinin requlyasiyası pozulur, hüceyrələr məhv olmağa başlayır. 
11% - susuzluqda təcili şəkildə su içmək yetmir. Ona görə ki, artıq orqanizmdə kimyəvi balans dəyişikliyə məruz qalıb. Bunu da bərpa etmək üçün mütləq həkimə görünmək lazımdır.
20% - maye çatışmayanda bu hal sizə ölümlə üz-üzəsiniz siqnalını ötürür. Susuzluqla mübarizə aparmaq üçün gün ərzində çəkinizə görə nə qədər maye qəbul etməlisinizsə onu düzgün şəkildə qəbul edin. Bu zaman daha sağlam ola və ömrünüzü uzada bilərsiniz.
 
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri