Gecə saatlarında yemək yeyənlər oxusun

Müəllif: _damla_
Şərhlər: 11
Baxılıb: 803
Paylaş:
Səs ver:
(səs: 0)
Gecə yemək sindromu qidalanma davranışı pozuntusudur. Bunu deyən türkiyəli qidalanma və pəhriz mütəxəssisi Özge Yüksel gec saatlarda yemək sindromunun qarşısını almaqdan danışıb.
Mütəxəssis ilk növbədə onu bildirir ki, gecə yemək vərdişi yuxunun pozulmasına səbəb olur. Bu zamansa enerji qəbuluna ehtiyac yaradır: "Gündəlik kalorinin ən az 50-nin son axşam yeməyindən sonra atışdırmalarla qəbul edilməsi, yeyilən qidalarınsa şəkər və nişasta kimi karbohidrat tərkibli olması artıq bir xəstəliyə işarədir. Oyandıqdan sonra ilk yeməyin bir neçə saat gecikdirilməsi və gecə yeyilənlər səbəbindən narahatlıqlar ortaya çıxır. Bu insanlar səhər oyandıqları zaman özlərini yaxşı hiss edirlər, lakin gün irəlilədikcə ruhi vəziyyəti pisliyə doğru dəyişir. Bunun səbəbi serum melatonin səviyyəsinin aşağı düşməsi, leptin hormonunun azalması və kartizol səviyyəsinin yüksək olmasıdır. Eyni zamanda bunun əsl səbəbi yaşanan böyük stressdir".
Gecə yemək sindromunun müalicəsi
Stress bir çox xəstəliyin qaynağı olmaqla bərabər, yuxu nizamsızlığına və oyanan zaman dərhal yemə istəyinə səbəb ola bilər. Ö. Yükselin sözlərinə görə, günü kafi və doğru qidalanmaqla keçirmək axşam qidalanma və yuxu keyfiyyətinə müsbət təsir edir. Bununla da gecə yemək vərdişinizə son qoymuş olarsınız: "Səhər oyandığınız zaman əl-üzünüzü yuduqdan sonra səhər yeməyi yeməsəniz, bədəniniz oyanmayacaq və günə adaptasiya olmaqda çətinlik çəkəcək. Lakin yaxşı bir səhər yeməyi özünüzü daha enerjili, daha sağlam hiss etməyinizə səbəb olacaq".
Nahar yeməyi də çox əhəmiyyətlidir, sizi axşama hazırlayar. Nahar yeməyini gecikdirdiyinizdə axşama qədər çox acar və axşam yeməyində həddindən artıq yeməyə meyllənərsiniz. Halbuki doydurucu bir nahar yeməyi və ara yeməyində meyvələrlə qidalanmaq aclığınızı azaldar. Bunun sayəsində yeməklərlə mübarizə aparmaq məcburiyyətində qalmazsınız. Axşama doğru kafeinli içki qəbulunu məhdudlaşdırmaq da gecə yuxunuza müsbət təsir edəcək: "Bir çox insan gecə yata bilmək üçün spirtli içki qəbul edir. Lakin spirt qəbulu gecə yarısı oyanmağınızı səbəb olur. Bu zamansa yenə içki və yeməyə meyliniz arta bilər. Gecə yemə sindromu yaşayırsınızsa, psixiatr, psixoloq və dietoloq köməyinə müraciət edin. Buna səbəb olan stressi aradan qaldırmağa çalışın və düzgün qidalanma vərdişləri yaradın".
Həkim onu da əlavə etdi ki, insan mübarizəni ilk növbədə özü ilə aparmalıdır. Birincisi,  iştahanı artıran atışdırmaları gözünüzdən qıraqda saxlayın, yatmadan əvvəl ilıq duş qəbul edin, sonra bitki çayı için. Yuxunuz gəlməsə belə, hər gün eyni saatda yatmağa cəhd edin.

loading...
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 803
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Wirin Meleyim
Men yeyirem yecemde
25 iyun 2016 00:30
11
...
Offline
vipbetul
been olurki gece yemek isdiyirem
17 aprel 2016 01:16
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Black_Star
^^Arada olur 01 122 .....
17 aprel 2016 01:01
9
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
Offline
Kölge
İlan vuran yatar ac yatmaz.ac yatmaq olmur axii????
16 aprel 2016 18:25
8
Her şeye gore şukur
Offline
Dj_Vampir
-Acindan olende yeyirem-_-
Eslinde her gun yeyirem
16 aprel 2016 15:28
7
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
Barbaris
Men hemiwe yeyirem
16 aprel 2016 13:56
6
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
Cindrella
Arada bir yediyim olub.Ancaq hereketli bir heyat terzi surduyumden kokelme ile musaiyet olunmuyub.
16 aprel 2016 13:19
5
Offline
FISTIK
Bu men problemimdi arada olurki gece gec yatanda nese atisdiram. Oxumaq maraqli oldu.
16 aprel 2016 13:04
4
Offline
Roza
Gecə yeməyin yaxşi olmadiqini bilirdim. Mən süd içirəm yatmamişdan qabaq. Gecə yemək yemirəm.
16 aprel 2016 12:48
3
....
Offline
Totu
gece saatlarinda yemek yemirem ancaq herden durub su icirem
16 aprel 2016 12:44
2
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
BARBI
gece saatlarinda hec vaxt yemek yemirem.gece saatlarinda yemek yemek cox kokeldir
16 aprel 2016 11:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv