Limfa
damar sisteminin bir hissəsini təşkil edən limfa sahələrindən, rəngsiz
maye daşıyan limfa yollarından və qanı çoxaldan üzvlərdən ibarətdir.
Limfa
adlanan rəngsiz maye limfa kanalları ilə dolaşır, bütün bədəni dövr
edərək, hüceyrələrin təmizlənməsi prosesini həyata keçirir, zərərverici
virus və bakteriyaları orqanizmdən xaric edir. Xəstəliklər haqqında da
ilk məlumatı məhz limfa kanalları ötürür.
Əgər
özünüzü daim əzgin və yorğun hiss edirsinizsə, boğazınız tez-tez
gəlirsə, baş ağrıları, artrit və artıq çəkidən əziyyət çəkirsinizsə,
deməli, limfa sisteminə diqqət etmək lazımdır.
Dərindən nəfəs alın!
Limfa
adlanan rəngsiz maye toxuması orqanizmdə qandan 3 dəfə çox dolaşır.
Lakin qandan fərqli olaraq onun köçürülməsi yoxdur. Dərindən nəfəs
aldıqda siz limfanın yenilənməsinə imkan yaratmış olursunuz.
Daha çox hərəkət
Tullanın,
sürətlə yeriyin. Dartınma hərəkətləri və digər fiziki məşqlər
limfaların intensivliyinin yaxşılaşdırılmasına müsbət təsir edir.
Daha çox su için!
Əgər
kifayət qədər maye qəbul etmirsinizsə, bu zaman orqanizmdəki zəhərli
maddələrin atılması prosesi ləngiyir. Zərərli maddələrin toplanması
nəticəsində orqanizm zəhərlənir. Daha yaxşı nəticə üçün suya bir az
limon şirəsi əlavə edin.
Şirin qazlı suları unudun!
Belə içkilərdə şəkərin miqdarı çox olur. Orqanizmi həddindən artıq yükləmək nəyə lazımdır?!
Acqarına təzə meyvə yeyin!
Əksər
meyvələr mədədə 30 dəqiqə ərzində həzm olunur. Onların tərkibindəki
faydalı turşu və fermentlər həzm prosesinin fəaliyyətinə kömək edir.
Göyərti və tərəvəz yeyin!
Onlardakı bol xlorofil qanı və limfanı mükəmməl şəkildə təmizləyir.
Qoz yeyin!
Qoz-fındıq
insanın fiziki gücünü artırır, əzələlərin vəziyyətinə müsbət təsir
edir. Yunan qozu, Braziliya badamı, fındıq, habelə, günəbaxan və
balqabaq tumu bu işdə sizə yardımçı olacaq.
Bitki çayları için!
Bitki
çayları, xüsusilə biyankökü çayı limfalara müsbət təsir edir. Bununla
belə,çayların istifadəsinin əks göstərişi olmadığından əmin olun.
Özünüzü masaj edin!
Duş qəbulu zamanı masaj alətləri ilə özünüzü masaj edin. Masaj alətini aşağıdan yuxarıya doğru hərəkət etdirin.
Kontrast duş qəbul edin!
Son
illərdə kontrast duşun faydası barədə çox danışılır. Soyuq su praktiki
olaraq orqanizmin bütün sistemlərinin işini stimullaşdırır!
Detoksikasiya
prosesinə başlamaq heç zaman gec deyil! Özünüzü güclü və gümrah hiss
etmək üçün elə indi yazılanlara əməl etməyə başlayın.