Gündəlik
həyatda fərqinə varılmayan gigiyenik səhvlər sonradan insan
sağlamlığında müxtəlif problemlərə yol açır. Bu baxımdan şəxsi gigiyena
qaydalarında ev təmizliyi ilə yanaşı hər şey nəzərə alınmalıdır. Buna
əməl olunarsa orqanizmə təsir edən bioloji, fiziki, kimyəvi təsirlər
neytrallaşır, insan sağlamlığı qorunur.
Günümüzdə
bu istiqamətdə vacib məslələrdən biri də şəxsi gigiyena üçün istifadə
olunan antibakterial sabunlardır. Məlumata görə antibakterial sabunlar
insanın hormonal tarazlığına təsir göstərir və zənn edildiyi qədər
faydalı deyil. Bunu heyvanlar üzərində edilən testlər müəyyən edib.
Testlərdə antibakterial sabunların tərkibində hormon tarazlığını pozan
\'Triclosan\' adlı kimyəvi maddənin aşkar edildiyi bildirilir. Bu
maddənin evdəki təmizlik vasitələrində və diş pastasında olduğu
deyilir.
Edilən
araşdırmalara görə anti bakterial sabunların, xəstəliklərə qarşı
qorunmada normal sabunlardan bir o qədər fərqi yoxdur. Başqa bir
məlumatda paltar təmizliyi istiqamətində mikrobiologiya mütəxəssisləri
tədqiqatlar apardıqları bildirilir. Araşdırmalar alt paltarlarının
maşında yuyulması zamanı «koli basili» adı verilən qalın bağırsaq
bakteriyalarının suya qarışaraq geyimlərə bulaşdığını müəyyən edib.
Bu
baxımdan mütəxəssislər bildirirlər ki, paltarları yuyaraq təmiz etmək
mümkündür, lakin bakteriyaların yayılmasının qarşısını almaq asan deyil.
Bunun qarşısını almağın yolu, paltarları 150 dərəcədə yumaq və sürətli
qurudan paltar maşınında qurutmaqdır. Qeyd olunan bütün bu məlumatlar
bir daha sübut edir ki, şəxsi gigiyena insan sağlamlığının vacib
sahələrindən biridir və ona müntəzəm əməl etmək vacibdir.