Limonlu
su orqanizmin bərpası üçün ən effektli və faydalı üsullardandır.
Limonlu suyu içməyin müəyyən faydalı səbəbləri var ki, Qadınlar.biz
bunlardan 11 səbəb haqqında yazır.
1.
Limonlu su immuniteti gücləndirir. C vitamini və kaliumla zəngindir.
Beyin və sinir sistemini stimullaşdırır, qan təzyiqinə nəzarət edir.
2. Limonlu su turşuluğu artırmaz. Çünki o qələvi balansına nəzarət edir.
3.
Artıq çəki və piylənmə ilə mübarizə aparır. Limon şirəsinin tərkibində
pektin deyilən maddə var ki, bu, aclıq hissi ilə mübarizədə, qanda
şəkərin tənzimlənməsində, limfa axının təmizlənməsində sənə kömək edir.
4.
Limon turşusu həzm sistemini də stimullaşdırır. Digər fermentlər və
turşularla reaksiyası zamanı mədə şirəsi və həzm sisteminin ifrazını
stimullaşdırır.
5.
Qaraciyər digər turşulardan daha çox limon və laym suyundan fermentlər
istehsal edir. Limonlu su qaraciyərin də fəaliyyətini tənzimləyir. Limon
şirəsi qaraciyəri ifrazat sistemi vasitəsilə toksinlərdən azad edir.
6. Bu içki xəfif sidikqovucu təsirə malikdir. O sidik yollarının sağlamlığını qoruyarkən bütün orqanizmi təmizləyir.
7.
Dərini təmizləyir. Tərkibindəki C vitamini dərini cavanlaşdıraraq
yaşlanmanın qarşısını alır. Limonlu su hətta üzdəki kiçik yaraları və
yanıq izlərini də müalicə edir.
8.
Səhər-səhər 1 stəkan limonlu su içmək bütün orqanizmin, ilk növbədə
orqanizmi hormonlarla təmin edən böyrəküstü vəzilərin düzgün işləməsinə
səbəb olur. Beləliklə, günboyu orqanizm bütün streslərə hazır olacaq və
normal işləyəcək.
9.
Limon güclü antioksidandır. Normal metabolizma üçün lazımlı olan
limonlu su immuniteti gücləndirir, sərbəst radikallardan orqanizmi
qoruyur, xolestrolu tənzimləyir və yaşlanmanı gecikdirir.
10.
Limonlu su qanı təmizləməklə yanaşı, qan damarlarını da təmizləyir.
Xolera və ya malyariya kimi xəstəliklərin müalicəsində faydalıdır. Limon
və ya laymlı su qan təziyiqini azaltmağa da faydalıdır.
11. Limonlu su döş, prostat və mədəaltı vəzi daxil olmaqla xərçəngin 12 növü ilə mübarizə aparmaqda xeyirlidir.