D vitamini çatışmazlığı kökəlməyə səbəb ola bilər mi?

Şərhlər: 3
Baxılıb: 3 440
Səs ver:
(səs: 1)
Məlumdur ki, D vitaminini orqanizmimiz daha çox günəşdən alır. Amma günəş şüalarının az olduğu qış aylarında bu vitaminə olan təlabatımızı xüsusi qidalarla ödəməliyik. Bəs bu vitamin hansı qidalarda var və D vitamini kökəlməyə səbəb olurmu? Bu suallara yazımızın davamında cavab tapa bilərsiniz.

D vitamini hansı qidalarda olur?
Digər vitaminlərə nisbətdə D vitamini limitli qidaların tərkibində var. Əsasən də, somon kimi yağlı balıqlarda daha çox olur. D vitamini olaraq qəbul edəcəyimiz qidalar isə bunlardır:
1. Yağlı balıqlar və konservləşdirilmiş balıqlar – somon, ton balıqları
2. Süd
3. Soya südü
4. Pendir
5. Qatıq
6. Yumurta sarısı
7. Səhər yeməyi üçün olan dənli bitkilər
8. Tofu (Soya pendiri)
Araşdırmalara görə, D vitamini ilə çəkiyə nəzarət arasında əlaqə var. Belə ki, D vitaminini lazımlı miqdarda qəbul etməmək ya çəki artımına ya da ki, sağlıqsız arıqlamağa səbəb olur. Daha çox isə D vitamininin çatışmamasının təsiri müəyyən yaş həddinə sahib olan qadınlarda hiss olunur (50-65 yaşlarında qadınlarda daha çox çəki artımı baş verir). Araşdırmaların nəticəsi olaraq məlum olub ki, yağ hüceyrələrindəki D vitamini reseptorları bu balansın pozulmasına səbəbdir. 
D vitamininin ən vacib xüsusiyyətlərindən biri qarın hissəsində yağlanmanın qarşısını almasıdır. Amma bununla belə, D vitamini əksikliyi insulinə də mənfi təsir edir. Bu da arıqlamağa problem yaradır. Lakin D vitaminini yetərli miqdarda qəbul etdikdə beynə leptin hormonu gedir və doyduğunuz haqqında mesaj verir. Yetişkin insanlarda gündə 10 mg D vitamini qəbul etməlidirlər. D vitamini çatışmazlığı tez-tez rast gəlinir. Bunun qarşısını almaq üçün həftədə ən az 2-3 dəfə yağlı balıq qəbul edin və mümkün olduğu qədər günəşə çıxın.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri