Siqaret çəkmək əleyhinə mübarizədə yeni söz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 866
Səs ver:
(səs: 1)
ABŞ-ın Skripps Elmi-Tədqiqat İnstitutunun Kimyəvi Biologiya İnstitutunun alimləri beyinə çatmazdan əvvəl nikotini məhv edən bakterial ferment yaradıblar. 

Tədqiqatçı Kim Yandanın sözlərinə görə, orqanizmə düşən bakteriya nikotini özü tapır və onunla qidalanır. Yəni nikotin beyinə çatmazdan əvvəl bakteriya onu məhv edir və insanı nikotinin bütün xoşagəlməz fəsadlarından xilas edir. Alimlər hesab edirlər ki, bakterial ferment tütün asılılığına qarşı mübarizədə təsirli müalicə vasitəsi olacaq. 

Alimlər onu da aşkar ediblər ki, bakterial ferment laboratoriya şəraitində sabit qalır və nikotini məhv edən zaman zəhərli metabolitlər əmələ gətirmir. 

Hazırda tədqiqatçılar bakteriyadan istifadənin immun sistemi üçün potensial nəticələrini yumşaltmaq və siqaret çəkməyə qarşı dərman vasitəsi kimi müalicəvi potensialını maksimal etmək məsələsi üzərində çalışırlar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri