Telefonlarımızı necə təmizləyək?

Müəllif: Fi-Ra
Şərhlər: 9
Baxılıb: 2005
Səs ver:
(səs: 3)
Telefonlar bütün gün əlimizdədir və hara toxunsaq sonra ona toxunuruq. Yaxşı günü keçdik axşamlar daha da betər. Əldən ələ gəzməsini onlarla insanın toxunmasını saymıram da. Bəli, istər inanın istər inanmayın amma telefonunuz həqiqətən mikroblar üçün yaxşı bir yuva, ya da istirahət yeridir. Buna görə arada bir yüklədiyiniz proqlamlar qədər gigiyenaya da diqqət etməkdə fayda var.
 
Təmizlik üçün lazım olanlar
1. Bez və ya mikro-lif dəsmal. Bir çox cihazı yanında təmizləmə bezi gəlir. Əgər tapmasanız eynək təmizləmə bezi də istifadə edə bilərsiniz.
2. Odekolon qulaq pambığı, ya da elektron cihazları təmizləmək üçün istehsal edilmiş xüsusi mayelər


Telefonunuzu necə təmizləməlisiniz?
Telefonu təmizləyərkən maye istifadə etdiyiniz zamanlarda daha çox diqqət göstərin çünki mayenin qıraqlardan içəri sızması telefonunuza zərər verə bilər. Bunun üçün çoxlu maye istifadə etməyin və təmizləmə zamanı telefonunuzu bağlayın.
 
Ekrana çox sıxmamağa diqqət edin çünki bu kiçik zolaqlara səbəb ola bilər. Əslində yeni telefonların ekranları xeyli dözümlü olur, amma bəzi cihazlar bu məsələdə zəifləyir.
 
Telefonunuzu bağlamağın bir yaxşı tərəfi də ekrandakı barmaq izləri və ləkələri daha rahat görüb haralara yönəlməyi müəyyən edib işi asanlaşdıracaqsınız. Digər bir diqqət edilməsi lazım gələn məqam da girişlərə maye qaçırılmamalıdır. Xüsusilə qulaqcıq girişləri təhlükəlidir.
 
Diqqətlə qurulayın və bunun üçün mümkünsə mikro-lif bezi istifadə edin.
 
Cihazınız çirkdən necə qoruyacaqsınız?
Kiçik qırıntıların və ya toz partiküllərinin telefonunuza daxil olması və içində toplanmasını əngəlləmək üçün ən təsirli həll telefon örtüyü istifadə etməkdir.
 
Əgər örtük istifadə etmək istəmirsiniz, ekran qoruyucular da işinizi görəcək. Cihazınız həm tozdan qoruyur, həm də ekranın cızılmasını əngəlləmək üçün yaxşı həll olan ekran qoruyucuları telefonun ömrü üçün çox faydalıdır.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2005
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri