Kefir - uzunömürlülərin içkisi

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2 711
Səs ver:
(səs: 1)
Kefir әn faydalı pәhriz mәhsullarından biri sayılır. Kefirin vәtәni Şimali Qafqazdır. Bu süd mәhsulu ilk dәfә orada "icad etdilәr". Maraqlıdır ki, uzun illәr әrzindә kefirin resepti gizli saxlanılırdı. Kefir tәbii süddәn hazırlanır. Südә turşulu bakterilәr әlavә olunur ki, nәticәdә bu dadlı vә faydalı  mәhsul alınır. Tanınmış rus fizioloqu Meçnikov kefiri çox yüksәk giymәtlәndirirdi vә müalicәvi içki hesab edirdi. Meçnikov insanların qocalmasının sәbәbini bağırsaqlarda gedәn çürümә proseslәrindә görürüdü. Çürümә nәticәsindә müxtәlif ziyanlı maddәlәr, zәhәrlәr әmәlә gәlir ki, bu maddәlәr orqanizmi daim intoksikasiya edir (zәhәrlәyir). Nәticәdә isә insan qocalır vә onda müxtәlif xәstәliklәr inkişaf edir. Kefir bağırsaqlarda gedәn çürümә proseslәrlә çox effektli mübarizә aparır, bağırsaqların mikroflorasını yaxşılaşdırır, orqanizmi cavanlaşdırır. Mәhz bu sәbәbdәn daim süd mәhsulları qәbul edәn insan daha sağlam olur vә daha gec qocalır.
 
-Kefir orqanizmi tәmizlәyir, toksinlәri, şlakları vә digәr ziyanlı maddәlәri xaric edir 
  
-Kefir mikrobәleyhinә tәsirә malikdir. Mәdә­bağırsaq sistemi infeksiyaları zamanı müalicәvi vasitә kimi istifadә olunur. Qida zәhәrlәmәlәrdәn sonra hәkimlәr xәstәlәrә kefir qәbul etmәk tövsiyә edirlәr. 
 
-Kefir qәbizlik zamanı çox yaxşı kömәk edir. Qәbizlikdәn әziyyәt çәkirsiznizsә, mütlәq kefir qәbul edin. 
 
-Kefir immun sisteminә dә müsbәt tәsir edir. Mәsәlә burasındadır ki, bağırsaqların mikroflorası immunitetlә sıx bağlıdır. Bağırsaqların xeyirli mikroflorası immun sisteminin hüceyrәlәrinin sintezindә iştirak edir.
 
-Kefir ödemlәri azaldır, ürәk әzәlәsinә müsbәt tәsir edir.
 
-Kefir arıqlamağa çox yaxşı kömәk edir. Bu sәbәbdәn bu mәhsul bir çox pәhrizlәrә daxil edilir. 1/2 çay qaşığı darçın әlavә olunmuş 1 stәkan kefir piylәrin parçalanmasını sürәtlәndirir.
 
-Bağırsaqlarınızı tәmizlәmәk istәyirsinizsә, hәftәdә 1 dәfә 1 gün әrzindә yalnız kefir qәbul edin. Gün әrzindә 1 l kefir içmәk olar. Bu sadә vasitә hәm bağırsaqları tәmizlәyәcәk, hәm dә bәdәn çәkisinin azalmasına kömәk edәcәk. Bunu hәr hәftә etmәk lazımdır.
 
-Kefir sinir sisteminә sakitlәşdirici tәsir edir. Yuxusuzluqdan әziyyәt çәkirsinizsә, axşam yatmazdan әvvәl 1 stәkan kefir için. Bu daha tez yuxuya getmәyә kömәk edәcәk.
 
-Hamilәlik zamanı kefir ürәkbulanmasının qarşısını alır.
 
-Kalsiumla zәngin olan kefir sümüklәrin sağlamlığını qoruyur. Yaşlı insanlar mütlәq kefir içmәlidir. Kefir hәm yaşlı insanlarda tez­tez әmәlә gәlәn qәbizliklә mübarizә aparır, hәm dә osteoporozun (yaşlı insanlarda sümük toxumasının azalması) inkişafını lәngidir.
 
-Kefir mәdә şirәsinin turşuluğunun artması, pankreatit vә xora xәstәliyi zamanı әksgöstәrişdir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri