Limonu xarab olmadan uzun müddət saxlamağın yolları

Müəllif: adsiz-a
Şərhlər: 8
Baxılıb: 3 596
Səs ver:
(səs: 1)
Limonu xarab olmadan uzun müddət saxlamağın yolları Limon hər evdə olan və xarab olduğu üçün ən çox atılan qidalardan biridir. Hamımız kəsdiyimiz limonun yarısını soyuducuda saxlamaq istəyirik, lakin təəssüf ki, buna nail ola bilmirik və bir müddət sonra quruduğunu görüb atırıq. Limonu xarab olmadan günlərlə, hətta həftələrlə saxlamağın yollarını araşdışdırmışıq:

-Artıq olan, istifadə etmədiyiniz limonları buzxanaya qoyun. Beləliklə, həmişə əlinizin altında təzə limon olacaqdır. Lazım olduqda həmin limonları buzxanadan götürüb sıxaraq istifadə edə bilərsiniz.

-Limonun qabığındakı C vitamini içindəkinə nəzərən daha çoxdur və bunun üçün də onu qabığıyla birgə rəndələmək daha faydalı olar. Qabığının qurumaması üçün bir bütün limonu yaxşıca yuyun, soyuducu torbasına qoyub buzxanaya yerləşdirin.

- Limonu bir-iki həftə xarab olmadan saxlamaq üçün başqa bir üsul da onu su ilə dolu bir qabın içində saxlamaqdır. Hər gün bu suyu dəyişdirərək ən az 2 həftə saxlaya bilərsiniz.

- Kəsilmiş və yarısı istifadə edilmiş limonu uzun müddət xarab olmadan saxlamaq üçün isə kəsilmiş tərəfinə qənd sürtün və bu hissəsi aşağıda olmaqla bir qaba qoyub soyuducuya yerləşdirin. Bu üsulla da limonun ən az 2 həftə xarab olmadan ilk günki kimi təzə qaldığını görəcəksiniz.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri