Əgər çılpaq yatsanız xeyrini görərsiz

Müəllif: NoName
Şərhlər: 10
Baxılıb: 2284
Paylaş:
Səs ver:
(səs: 2)

Müxtəlif ölkələrdə aparılan araşdırmalar nəticəsində çılpaq yatmağın yaxşı yuxu yaratmaqla bərabər, bir çox faydası olduğu da məlum olub.

Qadinlar.Biz-in məlumatına görə, Avstraliya, Niderland və ABŞ-da çılpaq yatmağın faydaları araşdırılıb.

Avstraliyada aparılan araşdırmaya görə, sağlam bir şəkildə yuxuya getmək üçün bədən istiliyinin düşməsi çox əhəmiyyətli rol oynayır. Qalın pijamalar və corablar bədənin yuxudan əvvəl özünü soyutmasına maneə törədir. Yəni çılpaq yatmaq, insomnia (yuxusuzluq) xəstəliyinə həll ola bilər.

Uzun və dərin yuxunu təmin edir

Hollandiyada aparılan araşdırmada isə elm insanları təcrübə üçün bir qrup insana bədənin istililiyini salan termal pijamalar geyindirib. Təcrübə zamanı məlum olub ki, bu pijamaları geyinən insanlar daha dərin bir yuxuya gedib və bu uzun müddət davam edib.

Qarın piylərindən xilas edir

ABŞ-da aparılan araşdırmada isə, soyuq bir otaqda yatan kişilərin daha çox kalori yandırdığı və insulin həssaslığının daha inkişaf etmiş olduğu müəyyən edilib. Gecələr bədəni təbii yollarla soyutmaq, kortizol hormonunu da aşağı salır. Bu da iştahı qeyri-sağlam qidalara deyil, sağlam qidalara yönələcək şəkildə nizamlayır.

Qocalmanı gecikdirir

Yuxu, böyümə və melatonin hormonlarının ifrazında daha çox əhəmiyyətlidir. Bunlar ən təsirli anti-aging hormonlarıdır. Çılpaq yatmağın yuxu keyfiyyətini artırdığı nəzərə alındığında, yaşlanmağa qarşı təsiri də ortaya çıxır.

Qan axınının təşkili

Biləyinizi sıxan corab, belinizə basdıran şalvar, altınıza sıxışan köynək kimi geyimlər yuxuda qan axışını çətinləşdirər. Çılpaq yataraq daha sağlam qan axışını – ürəyə, əzələlərə və damarlara yaxşı qan axınını təmin edə bilərsiniz.

Amerikalıların 8%-i çılpaq yatır

Qeyd edək ki, amerikalıların yalnız yüzdə 8-i çılpaq yatarkən, Avropada bu nisbət daha yüksəkdir. Məsələn, ingilislərin üçdə biri çılpaq yatır. 


loading...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2284
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
bu melumata hec inanmiram
19 aprel 2016 02:33
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
___Jasmin___
Sitat: Kölge
Gece 20defe durub o biri otaga uşaqlarin ustunu ortmeye geden adam(evde de qaynata qaynana)nece cilpaq tatsin?????

122 08
18 aprel 2016 16:14
9


Aşk elbisesi en güzel sende duruyor ama ne acı terzin ben değilim
Offline
Belinda
Cilpaq yox ama ister qishda istersede yayda nazik gecelikde yatmagi xoshluyuram. Qalin paltarda ureyim sıxılır
18 aprel 2016 13:17
8
Offline
Kölge
Gece 20defe durub o biri otaga uşaqlarin ustunu ortmeye geden adam(evde de qaynata qaynana)nece cilpaq tatsin?????
18 aprel 2016 11:37
7
Her şeye gore şukur
Offline
bir.g
qisda, yayda paltarsiz yatiram
18 aprel 2016 09:33
6
Offline
ulduz
Yaponlarin cilpaq yatdigii bilirem guya oncuda omurleri uzundu. Cilpaq nedi ayaqimin ustu acilsin boğaz sisir
18 aprel 2016 08:32
5
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
BARBI
Men ciloaq yatsam xestelenirem butun bedenim tutulur.
18 aprel 2016 08:28
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Narın Yağış
Nə qədər xeyirlərini bilsəmdə belə birşeyi ağlımın ucundan belə keçirə bilmirəm ) Nədə yata bilmərəm elə.Təşəkkür.
18 aprel 2016 02:23
3
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
evli.mutlu.cocuklu
Hahah maraqli idi tsk
18 aprel 2016 01:55
2
Offline
Aybə
Çılpaq yatanda rahat yatmaq olmaz
17 aprel 2016 23:59
1
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv