Dişlərin güclənməsinə kömək edən vitaminlər

Şərhlər: 2
Baxılıb: 2 038
Səs ver:
(səs: 0)
Sağlam həyat arzu edənlər, pəhriz saxlayanlar diş sağlamlığını daim qorumalıdır.
Çünki, vitaminlər məhdud olduqda və ya diş sağlamlığına səhlənkar yanaşdıqda dişlər zəifləyir və tökülür. 
D vitamini dişlərin sağlamlığı üçün əhəmiyyətlidir. Bu vitamin bədənin sümük və diş quruluşuna gərəkli olan kalsiumu təmin edir.
Həmçinin qanda olan kalsium səviyyələrinin tarazlığı üçün vacibdir. Tarazlıq pozulduqda dişlərin strukturu zəifləyir və sümüklərdən kalsium çəkilməyə başlayır. 
K vitamini sümük mineralizasiyası üçün istifadə olunur. Sümüklər eyni minerallardan düzəldikləri üçün K vitamini dişlərə təsir göstərərək onların güclü olmasına imkan yaradır. K vitamini çatışmazlığı dişlərin zəifləməsi ilə birbaşa əlaqəlidir. Bu vitamin olmadıqda diş təmizliyindən sonra diş ətlərində qanamalar olur.
B vitamini ailəsində tiamin, riboflavin, B6 vitamini, B12 vitamini fol turşusu da var. Bu vitaminlər qidanı enerjiyə çevirməklə qırmızı qan hüceyrələri yaradır.
B vitamini çatışmadıqda dişlər zəifləyir, dildə yanma və şişlik hissi olur. Bu vitamin yaşıl yarpaqlı tərəvəzlərdə, meyvələrdə, ətlərdə və bir çox qidalarda var.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 038
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri