Astrologiya da bürclərlə daşların uyğunluğunu təsdiqləyir. Həyatınızda
yaranan şanssızlıqları aradan qaldırmaq istəyirsinizsə, bu qədim
məlumatlardan istifadə etməyiniz sizə kömək olacaqdır. Öz doğulduğunuz
aya və bürcünüzə uyğun olan daşı seçə bilər, vəziyyətinizə uyğun daşı
üstünüzdə gəzdirərək işlərinizin yolunda getməsinə nail ola, pis
əməllərdən və şanssızlıqlardan yaxa qurtara bilərsiniz.
Qranat
Yunanca "granatum” sözündən götürülmüşdür. Mənası "nar toxumu”
deməkdir. Əsasən qırmızı rəngdə olur. Qranat daşının taxan insana şans
gətirdiyi deyilir. Xüsusilə səyahət edənləri qorumaq kimi faydası
vardır. Buna görə də səyahətə çıxarkən bu daşı üstünüzdə gəzdirin.
Yanvar ayında doğulanların daşıdır.
Ametist
Yunanca "amethystos” sözündən götürülmüşdür. Ayıq və
ya çarə mənasına gəlir. Buna görə də sərxoş və ya zəhərlənmiş insanları
qorumaq enerjisi var. Qədim zamanlarda şərab ametist daşından
düzəldilən stəkanlarda içilirdi. İndi də spirtli içki və digər bu kimi
pis vərdişlərə olan aludəçilikdən azad olmaq üçün bu daşdan istifadə
olunur. Bundan əlavə depressiya, yuxusuzluq, soyuqdəymə və qızdırma kimi
problemlərdə də faydalıdır, immuniteti artırır. Pis gözlərdən qorunmaq
üçün də istifadə edilən ametist daşını qədim zamanlarda əsgərlər
müharibəyə gedərkən taxardılar. İstiqrar, səmimiyyət və rahatlıq mənası
daşıyan bu daş Fevralda doğulanların daşıdır.
Akvamarin
Su və dəniz mənasında olub, latıncadan götürülmüşdür. Sağlamlıq
problemləri olanların bu daşı üstündə daşımaqla bu problemlərdən azad
olduğuna inanılır. Bundan əlavə evliliyində problemlər yaşayanlar və
sevgiyə ehtiyac duyanların da bu daşı taxması tövsiyə edilir. Ağıl, inam
və cəsarət rəmzidir. Bədəninizin istiliyinə görə mavi, yaşıl və ya
dəniz yaşılı rəngində olur. Mart ayında doğulanların istifadə edə
biləcəyi daşdır.
Almaz
Yunanca "adamas” sözündən yaranmışdır və məğlub
edilməz mənasına gəlir. Gizlilik, romantika, güc və sehri təmsil edir.
Rəngsiz olan almaz ətrafına parlaqlıq və işıq saçır. Sonsuza qədər
birlikdə olmaq, istiqrar və məsumiyyət mənası da daşıyır. Uzun müddət
birlikdə olmaq istəyənlərin bir-birinə hədiyyə etdiyi daşdır. Aprel
ayında doğulanların daşıdır.
Zümrüd
Yunanca "emerald” sözündən götürülüb, dəyərli daş
mənası verir. Parlaq yaşıl rəngdədir. Eşq, ağıl,sədaqət, sakitlik və
sağlamlıq gətirdiyinə, yaddaşı gücləndirdiyinə inanılır. Doğurqanlıq
gücü verdiyindən hamilə qalmağa çalışanların istifadə etməsi tövsiyə
edilir. Bundan əlavə eşqin və sevginin artması üçün də istifadə edilir.
May ayında doğulanlar bu daşdan istifadə edə bilərlər.
Mirvari
Latınca "pirium” sözündən yaranmışdır. Armud
mənasındadır. Rəngi süd ağı, forması yuvarlaq və düzdür. Dəniz və
göllərin dərinliklərindən çıxarılır. 6-8 illik bir vaxtda əmələ
gəlirlər. Yüzillər boyu kral ailələri tərəfindən çox dəyərli qəbul
edilmişdir. Sehrli gücləri olduğuna inanırdılar. Zənginlik, saflıq və
iffət mənası da daşıyır. Bundan başqa, yaxşılaşdırıcı gücləri də var.
Mədə və ürək xəstəliyi, qısırlıq kimi problemlərin müalicəsində istifadə
olunur. İyun ayında doğulanlar üçün uyğundur.
Yaqut
Latınca "ruber” sözündən yaranmışdır. Almazdan sonra
ikinci sərt daşdır. Pis əməllərdən uzaq durmaq, yaxşı şans yaratmaq
üçün uzun illər boyu yaqutdan istifadə edilmişdir. Saf qırmızı yaqut əsl
və sonsuz sevginin simvoludur. Azadlıq, bütünlük, mərdlik və sevinc
mənası da daşıyır. İyul ayında doğulanlar istifadə edə bilərlər.
Peridot
Ərəbcə "faridat” sözündən götürülmüşdür. Pislikdən
qoruduğuna və onu taxanların münasibətlərində yaxşılaşma olduğuna da
inanılır. Təbiətə yaxın olmaq, həyatda uğur qazanmaq, yaxşı münasibətlər
qurmaq və dostluqları gücləndirmək üçün bu daşdan istifadə edilir.
Avqust ayında doğulanlar bu daşı üstlərində gəzdirə bilərlər.
Safir
Yunanca mavi mənasına gələn "sapphirus” sözündən
yaranmışdır. Rəngi tünd mavidir. Sülh və müdriklik mənası daşıyan
safirin taxanları qısqanclıq və pis düşüncələrdən qoruduğuna inanılır.
Hədiyyə edilməsi dostluq və ya eşq münasibətinə başlamaq üçün addım
atmaq və sədaqət mənası daşıyır. Həmçinin səmimiyyət və bağlılıq da
deməkdir. Sentyabr ayında doğulanların istifadə edə biləcəyi daşdır.
Opal
Latıncada qiymətli daş mənasına gələn ”opalus”
sözündən yaranmışdır. Yumşaq və tez qırılan bir daşdır. Dəyişik rəngləri
var. Taxanlara gözəllik və xoşbətlik gətirir. Məsumiyyət, saflıq, ümid,
inam, yaxşılıq, bacarıqların zirvəyə daşınması, ruhun coşğusunun
artması və yaradıcılığın artması kimi mənalar daşıyır. Oktyabrda
doğulanlar taxa bilər.
Topaz
Sanskrit dilində "od" mənası verən "tapas”
sözündən əmələ gəlmişdir. Müxtəlif rəngləri vardır, lakin əsasən sarı
rəngli topaz Noyabr ayında doğulanların bürc daşı olaraq qəbul edilir.
Topaz istifadə edənə sağlamlıq və sərvət gətirir, sakitlik və xoşbəxtlik
verir, müsbət dəyişikliklər yaradır. Həmçinin zehni gücü və cəsarəti
artırır.
Firuzə
Fars diində "Pirus” sözündən götürülmüşdür. "Qalib gəlmək”
deməkdir. Həmçinin Firuzə farscadan "xoşbəxtlik daşı” kimi də tərcümə
olunur. Göy mavisi, dəniz mavisi və dəniz yaşılı kimi rəngləri var.
Xəstəlikdən və pis əməllərdən qoruduğuna inanılır. Firuzə taxana
xoşbəxtlik, güc və şans gətirir. Uğur, zənginlik və sevinc mənası
daşıyır. Daha açıq və dəqiq fikirli olmağı təmin edir. Dekabrda
doğulanların uğurlu daşıdır.